Cərrahi əməliyyatdan sonra köp normal haldırmı?
Bir çox insan həyatının müəyyən məqamında cərrahiyyə əməliyyatı keçirir və xəstəxanaya yerləşdirilir. Bədbəxt hadisədən və ya xəstəlikdən sonra, müəyyən müddət xəstəxanada qalmaq lazım gəlir.
Zədələnmiş nahiyənin növündən asılı olaraq, cərrahi prosedurlar bədən üçün çox stresli proses ola bilər. Bir çox insanlarda cərrahi əməliyyatdan sonra qəbul edilən dərmanlar, qida rasionunun dəyişməsi və fiziki fəallığın olmaması səbəbindən həzm problemləri baş verir.
Xəstəxanada müalicə olunan pasiyentlər, daha çox qarında narahatlıq hissi, qəbizlik, köp və meteorizm kimi problemlər barədə məlumat verirlər. Bu məsələyə etinasız yanaşılmamalıdır, belə ki, bağırsaqlarda qidanın hərəkətinin pozulması orqanizmə ciddi zərər vura bilər.
Əməliyyatdan sonrakı bağırsaq keçməzliyi (ƏSBK) nədir və təhlükəlidirmi?
Adətən, bağırsaqlarımızdakı qida qarın nahiyəsindəki əzələlərin yığılıb boşalaraq yaratdıqları dalğavari hərəkət sayəsində bağırsaqlarımızda hərəkət səyəsində edir. Bağırsaqların "peristaltika" adlandırılan hərəkət dayandıqda, həkimlər əməliyyatdan sonrakı bağırsaq keçməzliyinin baş verdiyini söyləyirlər.
Bağırsaq keçməzliyi çox zaman qarın və ya çanaq orqanları üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verir. Bu vəziyyət əməliyyatdan sonra normal fəaliyyətinə qayıtmayan peristaltika, təyin edilmiş dərmanlar və hətta cərrahi əməliyyatdan sonrakı çapıqlar nəticəsində yaranan blokada səbəbindən baş verə bilər.
Cərrahi əməliyyatdan sonra köp hissi həm də bir çox digər səbəblərdən yarana bilər. Tədqiqatlar göstərir ki, iştirakçılar müəyyən qida məhsullarının və ya dərmanların qəbulundan sonra həzm problemlərinin yaranması barədə məlumat veriblər. Bu dərmanlara qəbizlik əleyhinə preparatlar (işlədicilər), şəkərli diabetin müalicəsi üçün istifadə edilən preparatlar (akarboza) və piylənmədən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulmuş dərman vasitələri (orlistat) aiddir.
Həzm problemlərinə səbəb olduqları məlum olan digər dərmanlar qeyri-steroid iltihab əleyhinə preparatlar (məsələn, ibuprofen və ya diklofenak), eləcə də antibiotiklərdir.
Kontraseptiv tabletlər hormonal balansı dəyişə bilər ki, bu da köpün əmələ gəlməsinə səbəb olur. Bir çox qadınlar kontraseptiv dərmanların qəbuluna başladıqdan və ya onların qəbulunu başa çatdırdıqdan sonra qarında köpün olması barədə məlumat verirlər.
Cərrahi əməliyyatdan sonra qarında şişkinliyi necə azaltmaq olar?
Bir çox problemlər, ehtimal ki, qida rasionu və müasir həyat tərzi ilə bağlı olduğundan, köp ilə bağlı problemləri azaltmaq üçün bir çox şeylər edə bilərsiniz. Vərdişlərinizə və gündəlik rejiminizə diqqət yetirmək səbəbləri aşkara çıxarmağa kömək edə bilər.
Həkimə nə zaman müraciət etmək lazımdır?
Əgər pasiyent xəstəxanada olduğu müddətdə bağırsaq keçməzliyinin simptomları meydana çıxarsa, həkim tibbi yardımın tələb olunub-olunmadığını müəyyən edə bilər. Bağırsaq keçməzliyinin simptomlarına aşağıdakılar aid ola bilər:

Qarında ağrı və sancılar

Qarında köp və şişkinlik

Ürəkbulanma və qusma

Qəbizlik və ya az miqdarda duru nəcis ifrazı

Dolğunluq hissi və iştahanın itməsi

Qazları çıxarmağın mümkün olmaması
Bağırsaq keçməzliyini müalicə etmək üçün onun keçib getməsini gözləmək və ya pasiyentin qida rasionunu və istifadə etdiyi dərmanı dəyişmək olar. Bağırsaq keçməzliyinin ağırlıq dərəcəsindən və onun əsas səbəbindən asılı olaraq, simptomlar keçib getmədiyi halda cərrahi əməliyyat tələb oluna bilər.
Espumisan® ilə köpdən tez azad ol!
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında toplanaraq, özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan meteorizm və ya qarında köp kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Nəticədə Qabarcıqlar partlayır və qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® L 40 mq/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.