Yayda köp niyə daha çox narahat edir?
Yay bir çox insanlar üçün ilin ən xoş vaxtıdır: günün günəşli saatlarının çox olması, sevimli paltarları geyinmək imkanı və isti yay gecələrində dostlarla birlikdə uzun şam yeməkləri. Lakin dostlarla keçirilən gecə kokteyllərindən, şirin qəlyanaltılardan və şəhərin bürküsündən sonra sizə elə gələ bilər ki, həzm sisteminiz sizin əleyhinizə işləyir. İlin ən isti hissəsi həm də insanların bir çoxunun digər ölkələrə səyahət etdiyi vaxtdır. Səyahət edilən ölkənin yerli mətbəxi də həzm sisteminə qıcıqlandırıcı təsir edə bilər. Bir çox insanlar yayda köp hiss edirlər.
Qarın köpü ilə birlikdə meteorizm həkimə müraciət zamanı barəsində ən çox məlumat verilən mədə-bağırsaq simptomlarıdır. Lakin bu problem çox zaman utandırıcıdır səbəbindən gizli saxlanılır və ya ona fikir verilmir, çünki pasiyentlər və həkimlər bunu real problem kimi qiymətləndirmirlər. Halbuki, əslində bir çox insan köp və meteorizm səbəbindən ağrı və sosial narahatlıqdan əziyyət çəkir. Onlar dar yay geyimlərində özlərini narahat hiss edə bilərlər və qarında xoşagəlməz hisslər səbəbindən dostları ilə keçirdikləri vaxtdan həzz ala bilmirlər.
Yayda köpün səbəbləri nələrdir?
İnsanın həzm sistemi həssas olduğu qədər də mükəmməldir. Əvvəlki qida rasionunuza uyğun olmayan yeni qida məhsullarının, məsələn, şirin qəlyanaltıların, alkoqollu və ya qazlı içkilərin həddindən artıq qəbulu mədənizin qıcıqlanmasına səbəb ola bilər. Avtomobil yeni yanacaqla işlədiyi zaman problemlər meydana çıxa bildiyi kimi, orqanizm də əvvəlki qida rasionuna alışır və bu səbəbdən də, dəyişikliklərə qarşı həssas olur.
Həzm problemləri həzmin müxtəlif mərhələlərində yarana bilər. Problemlər həddindən artıq havanın udulması, həddindən artıq tez-tez yemək səbəbindən başlaya və ya bağırsaqların aşağı şöbələrində qazların həddindən artıq miqdarda əmələ gəlməsi səbəbindən yarana bilər. Xüsusən də, köp zamanı, müəyyən həcmdə və ya tərkibdə olan yeməklərin qəbulundan sonra müəyyən mədə-bağırsaq pozuntuları daha tez-tez baş verir. Qarında ağrı və köp hissi həmçinin stres, düzgün getməyən həzm, hormonal balansın pozulması, yemək zamanı havanın udulması və ya bəzi dərmanların qəbulu ilə əlaqəli ola bilər.
Yay – dostlar, ailə üzvləri və iş yoldaşları ilə birlikdə həyatdan zövq almaq üçün çox gözəl bir mövsüm olsa da, bir çox insanlar üçün bu, qarında narahatlıq mövsümüdür.

Şəkərin artıq miqdarda olması

Həddindən artıq alkoqol

Hormonal balansın pozulması

Stres

Hormonal balansın pozulması

Bəzi dərmanlar
Yayda qarında köpdən necə azad olmaq olar?
Əgər yay aylarında qarnınızda köp yaranmışdırsa, geyimlərinizdə və ya ictimai tədbirlərdə özünüzü narahat hiss edirsinizsə, edə biləcəyiniz bir neçə şey vardır.
Reseptsiz buraxılan dərmanlar
Apteklərdə satışda olan dərmanlarla köpü tez bir zamanda aradan qaldırmaq mümkündür. Espumisan kimi preparatlarda qazların düzgün xaric edilməsinə kömək edən xüsusi maddələrdən istifadə edilir. Əgər köpməyə meylli olduğunuzu bilirsinizsə, belə bir dərmanı əvvəlcədən alaraq özünüzdə saxlamağınız tövsiyə olunur.
Fiziki aktivliyi
Tədqiqatlar göstərmişdir ki, yüngül Fiziki aktivliyi bağırsaq qazlarının xaric edilməsini yaxşılaşdıra bilər. Evin yaxınlığında piyada gəzinti bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər. Sübut edilmişdir ki, müntəzəm fiziki hərəkətlər də aybaşı zamanı yaranan köpü və ağrıları yüngülləşdirməyə kömək edir. Bundan əlavə, qaməti düz saxlamamaq və arxası üstə uzanmaq da bədəndə qazların müntəzəm daşınmasını poza bilər.
Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.
Yayda köpün qarşısını necə almaq olar?
Bir çox problemlər, ehtimal ki, müasir həyat tərzi ilə bağlı olduğundan, köp ilə bağlı problemləri azaltmaq üçün bir çox şeylər edə bilərsiniz. Vərdişlərinizə və gündəlik rejiminizə diqqət yetirmək səbəbləri aşkara çıxarmağa və aradan qaldırmağa kömək edə bilər.
Espumisan® ilə köpdən tez bir zamanda azad olmaq
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilərHəzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında toplanaraq, özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilərlər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisan preparatının kapsulu qazların yaranması ilə əlaqədar olan meteorizm və ya qarında köp və ağrı kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Espumisanın təsiredici maddəsi olan Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Nəticədə Qabarcıqlar partlayır və qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® 40 mq Kapsullar
Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

Espumisan® L 40 mq/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.