Qastrit nədir?
Qastrit mədənin selikli qişasının iltihabıdır. Qastritin səbəbləri çoxdur və olduqca qəfil başlaya bilər, amma sürətlə keçib gedə də bilər. Qastritin səciyyəvi simptomları döş qəfəsində və qarında ağrı, qan qarışığı ilə qusma və köpdür. Xroniki qastrit uzun müddət diqqətdən kənarda qalarsa, digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Enterokolit nədir?
Enterokolit – həzm sisteminizə təsir edən digər bir xəstəlikdir. Qastritdə olduğu kimi, nazik və yoğun bağırsaqların divarları və selikli qişası iltihablaşır, qızdırma, qarın nahiyəsində şişkinlik, ürəkbulanma və həzm problemləri kimi bir sıra simptomlara səbəb olur. Uşaqlarda həzm sistemi kifayət qədər inkişaf etməmişdir və buna görə də onlar bakteriyaların təsirinə daha çox məruz qalırlar. Bunun problemi daha da mürəkkəbləşdirdiyi görünür.
Digər hallarda, böyüklərdə bu problem infeksiyalar səbəbindən və ya zəifləmiş həzm sisteminə digər bakteriyaların hücumu üçün şərait yaradan güclü antibiotiklərə qarşı reaksiya qismində meydana çıxa bilər. Yoğun bağırsaqda olan sağlam, faydalı bakteriyalar da antibiotiklər tərəfindən məhv edilir, nəticədə digər bakteriyaların daxil olması, yayılması və infeksiyaya səbəb olması üçün şərait yaranır.


Qastrit və enterokolit nə vaxt baş verir?
Qastrit advil (ibuprofen) kimi ağrıkəsici dərmanların qəbulu, yaxın keçmişdə mədədə keçirilmiş əməliyyat və ya radioaktiv müalicə səbəbindən yarana bilər. Qastritə səbəb olmasalar da, seliakiya xəstəliyi və qida allergiyası kimi mövcud xəstəliklər qastriti şiddətləndirə bilərlər. Vitamin B12 çatışmazlığı, alkoqol və dərman asılılığı və həddindən artıq stres qastriti kəskinləşdirə bilər.
Enterokolitin geniş yayılmış səbəbi bakterial infeksiyadır. Yaxşı tanınan E. coli bakteriyası bu xəstəliklə əlaqələndirilir. Antibiotiklərin qəbulu həzm sistemini zəiflədə və bağırsaqlardakı sağlam bakteriyaların məhv olmasına səbəb ola, təsirlərə qarşı müdafiə olunmayan həzm sisteminə infeksiyanın daxil olması üçün şərait yarada bilər. Yuxarıda qeyd edildiyi kimi, uşaqlarda zəif inkişaf etmiş immun və həzm sistemi buna səbəb ola bilməsinə baxmayaraq əlavə tədqiqatların aparılması tələb olunur.
Həkimə nə zaman müraciət etmək lazımdır?
Enterokolit zamanı həkim KT, MRT və digər təsvir vasitıləri də daxil olmaqla bir sıra müayinələr aparmalıdır. Buna görə də, tibb işçiləri ilə əlaqə saxlamağınız çox vacibdir. Qızdırma, qarın nahiyəsində şişkinlik, ishal, qusma, yorğunluq və ümumi naxoşluq hissi baş verdikdə həkimə müraciət etmək vacibdir. Düz bağırsaqdan qanaxma kimi əlavə simptomlar da mümkündür.
Qastritin diaqnostikası üçün müəyyən növ bakteriyaların mövcudluğunu yoxlamaq və diaqnoz qoymaq məqsədi ilə qan və nəcis analizlərinin yerinə yetirilməsi vacibdir, buna görə də tibbi yardım üçün müraciət etmək zəruridir. Həkim həmçinin rentgen müayinəsini yerinə yetirə, qaraciyər, mədəaltı vəzi, böyrəklər və öd kisəsi kimi bir sıra orqanların fəaliyyətini yoxlaya bilər.
Bu simptomlardan hər hansı birini özünüzdə müşahidə edirsinizsə, dərhal həkimə müraciət etməlisiniz:

Ürəkdöyünmənin tezləşməsi

Təngnəfəslik

Tərləmə

Qızdırma və qarın ağrısı

Qara rəngli və ya qanlı nəcis

Qan qarışıq qusma

Başgicəllənmə və bayılma
Qastrit və ya enterokolit səbəbindən yaranan köpün qarşısını necə almaq olar?
Qastrit və enterokolit hallarında bir sıra müalicə metodları, hətta cərrahi əməliyyat tələb olunsa da, həzmə kömək etmək və müalicəni dəstəkləmək üçün pəhriz səviyyəsində edə biləcəyiniz bəzi şeylər vardır. Dehidratasiyanın qarşısını almaq üçün bol miqdarda maye qəbul etmək və rehidratasiya olduqca vacibdir. Tərkibində mayenin miqdarı yüksək olan qida məhsulları da elektrolitlər və nutriyentlər baxımından faydalıdırlar. Bağırsaq xəstəliklərindən danışdığımız üçün bağırsağın sağlamlığının gücləndirilməsi də müsbət bir addımdır. Qatıq/yoqurtlar kimi canlı probiotiklər bağırsağın sağlam florasının qorunmasına kömək edə bilər. Mədəni qıcıqlandıran dərmanları qəbul etməmək, siqaret çəkməkdən və alkoqollu içkilərdən imtina etmək mədənizə müsbət təsir edəcəkdir.
Köpmə hissinin digər səbəbləri
Qazların əmələ gəlməsi və həmçinin xaric olunması normal haldır. Lakin xaric olunan qazın həcmi və tezliyi şəxslər arasında xeyli fərqli ola bilər. Həddindən artıq köp və meteorizm bir çox müxtəlif amillər səbəbindən yarana bilər.
Köp və meteorizm zamanı nələr kömək edir?
Yenə əvvəlki kimi: Yenicə nahar etmisiniz və yenə də mədənizdə həmin doluluğu hiss edirsiniz. Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə məsləhət və üsullar mövcuddur:
Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.
Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.
Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan Simetikon mədə-bağırsaq traktında yığılmış qazların səthi gərilməsini dəyişərək qazları azad edir, onlar sonradan ya sorulur, ya da orqanizmdən çıxarılır.
Espumisan® ilə köpdən tez azad ol!
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisan preparatının təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köpə və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® 40 mq Kapsullar
Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stress zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

Espumisan® L 40 mq/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.