Ultrasəs müayinəsindən əvvəl köpük əleyhinə vasitələrin istifadəsi
Qazların əmələ gəlməsi və həmçinin xaric olunması normal haldır. Lakin xaric olunan qazın həcmi və tezliyi şəxslər arasında xeyli fərqli ola bilər. Qarın köpü çox zaman ciddi bir xəstəlik hesab edilməsə də, həkimə müraciətlər zamanı müəyyən diaqnostik prosedurlar üçün problem yarada bilər.
Xüsusilə də, mədədə və bağırsaqlarda qazların olması zamanı qarın nahiyəsinin ultrasəs müayinəsinin effektivliyi azalır. Ultrasəs müayinəsi zamanı bağırsaqlardakı qazlar çox zaman orqanları və təfərrüatları aydın görməyə imkan vermir.
Ultrasəs müayinəsindən əvvəl köpük əleyhinə vasitələrin istifadəsinin faydaları
Əgər köpdən əziyyət çəkirsinizsə, siz tək deyilsiniz. İnsanların əksəriyyətində nə vaxtsa köp və meteorizm baş verir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan möcüzəli bir sistemdir. Bu proses zamanı mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazlar ifraz olunduqda, qarın şişkin və köpmüş olur. Qazları çıxarmağın mümkün olmaması ciddi narahatlığa, qarında ağrıya səbəb olur və qarın daha böyük görünür.
Espumisan necə kömək edə bilər: Espumisan preparatının təsiredici maddəsi olan Simetikon qarındakı qazların azad olmasına kömək edir. Simetikon qida kütlələrində və selikdə yığılıb qalmış qaz qovuqcuqlarının elastikliyini dəyişir və nəticədə Qabarcıqlar partlayır. Bu proses zamanı qovuqcuqlardan azad olmuş qazlar bağırsaq divarı tərəfindən sorula və qaz ifrazı və ya gəyirmə vasitəsilə çıxarıla bilər.
Köpük əleyhinə vasitələrin əlavə təsirləri vardırmı?
Espumisan preparatının təsiredici maddəsi olan Simetikon artıq 50 ilə yaxındır ki, mövcuddur. Bu maddə yaxşı tədqiq edilmişdir və demək olar ki, qeyri-toksik hesab olunur. Preparat həzm olunmamış qidaya düşmüş qazlara fiziki olaraq təsir edir və orqanizm tərəfindən sorulmur. Preparat uzun müddətli müalicə üçün istifadə edilə bilər. İstifadəsi asandır və bir dozaya malikdir (iki kiçik kapsul). Hamilə qadınlar və körpələr tərəfindən istifadə üçün uyğundur. Espumisan preparatının tərkibində şəkər yoxdur və buna görə də, xüsusilə şəkərli diabet xəstələri üçün uyğundur. Almaniyada keyfiyyətə ciddi nəzarət şəraitində istehsal olunur.
Ultrasəs müayinəsi zamanı qarında köpün qarşısını almaq üçün digər məsləhətlər
Geniş tədqiq edilməsinə baxmayaraq, qarında köpün mexanizmi elmə tam aydın deyildir. Köpün səbəbləri insandan insana xeyli dərəcədə fərqlənir, həzm pozuntularından qidaya qarşı həssaslığa və ya hormonal balansın pozulmasına qədər dəyişir. Aşağıdakı amillərin öyrənilməsi növbəti ultrasəs müayinəsindən əvvəl qazların çıxarılmasını xeyli yaxşılaşdıra bilər.
Espumisan® ilə köpdən tez azad ol!
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında toplanaraq, özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilərlər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisan preparatının kapsulu qazların yaranması ilə əlaqədar olan meteorizm və ya qarında köp və ağrı kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Espumisanın təsiredici maddəsi olan Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Nəticədə Qabarcıqlar partlayır və qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® 40 mq Kapsullar
Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

Espumisan® 40 mg/ml Emulsiya
Həyatın ilk həftələrindən etibarən köpün idarə olunması üçün udulması asan olan Emulsiya