Stres köpməyə səbəb ola bilərmi?
Biz keçmiş nəsillərin ağlına belə gətirmədiyi bir çox problemlərlə dolu olan, sürətlə dəyişən dünyada yaşayırıq. Əgər bədəniniz stresə qarşı köpmə ilə reaksiya verirsə, siz tək deyilsiniz. Həm kişilər, həm də qadınlar müəyyən vaxtlarda köp və meteorizm hiss edir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan möcüzəli bir sistemdir. Bu proses zamanı mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazlar ifraz olunduqda, qarın şişkin və köpmüş olur. Bəs bunun səbəbləri nələrdir? Stres bir amil ola bilərmi?
Stres köpə necə səbəb ola bilər?
Müasir dünyada biz gərgin həyat tərzi keçirir, gecələr layihələr üzərində işləyir, uzun iş günündən sonra gec yemək yeyir və ya işdən sonra həddindən artıq çox maye qəbul edirik. Bəzən biz gərgin iş günündə bir neçə boş dəqiqə taparaq ayaq üstə nahar edirik. Ya da mühüm təqdimatdan və ya görüşdən əvvəl ehtiyac duyduğumuz enerjini tez bir zamanda əldə etmək üçün qeyri-sağlam qidalar qəbul edirik.
İşdə və evdə daşıdığımız vəzifələr stres mənbəyi ola bilər, düzgün olmayan qida rasionu isə həzmlə bağlı problemləri daha da ağırlaşdıra bilər. Hamının başına gəlib: uşaqların dalınca qaçmaqla keçirilən xaotik bir gün, ev işləri və uşaqlara qulluqdan vaxt tapıb tez qəlyanaltı etmək, ya da körpə 15 dəqiqə yatdığı vaxt nə isə yemək. Dolğun və zəngin ev həyatı bir çox üstünlüklərə malikdir, lakin həm də əlavə stresə və qeyri-müntəzəm qida qəbuluna səbəb ola bilər. Çox zaman bütün ailə üzvləri üçün xoşbəxt ailə həyatının təmin edilməsi birinci yerdə durur və sağlam həzm arxa plana keçir. İnsanın cinsindən asılı olmayaraq, köp və nəzarət edilməyən meteorizm qorxusu gündəlik həyatda stresin ciddi səbəbi ola bilər.


Təşviş hissi və köp
Qida rasionu mühüm amil olsa da, istər evdə, istərsə də işdə yaşanan stres ümumi təşviş hissinə səbəb ola bilər. Bu isə öz növbəsində, bir çox elmi araşdırmaların göstərdiyi kimi, 30%-ə qədər amerikalılarda müşahidə olunan köpə səbəb ola bilər. Təşviş hissi saxlandıqca, orqanizm fiziki səviyyədə reaksiya verməyə meylli olur və bu, həzm sisteminin sinirlərinə təsir göstərə bilər. Bu, məsələn, qıcıqlanmış bağırsaq sindromuna səbəb ola bilər.
Köpün digər səbəbləri
Qazların əmələ gəlməsi və həmçinin xaric olunması normal haldır. Lakin xaric olunan qazın həcmi və tezliyi şəxslər arasında xeyli fərqli ola bilər. Həddindən artıq köp və meteorizm bir çox müxtəlif amillər səbəbindən yarana bilər.
Köpmənin və qaz əmələ gəlmənin mexanizmlərini anlamaq çətindir. Orta statistik insanın mədə-bağırsaq traktında istənilən vaxt 100-200 sm3 qaz vardır. Qazın həcmi, məsələn, havanın udulması və qazlı içkilərin qəbulu zamanı artır. Adətən, bu qazlar qan dövranına sorulur və biz nəfəs verməklə onları xaric edirik. Yaxud da, sadəcə olaraq anus vasitəsilə orqanizmdən çıxarırıq. Bu sistem pozulduqda, artıq miqdarda olan qazlar kiçik qabarcıqlar halında mədə-bağırsaq sistemində ləngiyə bilər, nəticədə özümüzü şişkin və köpmüş hiss edə bilərik.
Stres səbəbindən yaranan köpə qarşı nə etmək lazımdır?
Tədqiqatlar göstərmişdir ki, yüksək Fiziki aktivliyi həzmi yaxşılaşdırır və yığılıb qalmış qazlardan xilas olmağa kömək edir. Bu, saatlarla masa arxasında əyləşərək işləyən və ya oturaq həyat tərzi keçirən insanlar üçün yaxşı məsləhət ola bilər. Göstərilmişdir ki, fiziki fəallığın hətta bir qədər artırılması sağlamlıq üçün bir sıra digər faydalarla yanaşı, həzm sistemində qazların hərəkət etməsinə və onların yığılıb qalmasının qarşısının alınmasına kömək edir.
Əgər siz köpmənin səbəblərini bilirsinizsə, atacağınız ilk addım onları gündəlik həyatınızdan çıxarmaqdır.
Köp və meteorizm zamanı nələr kömək edir?
Yenə əvvəlki kimi: Yenicə nahar etmisiniz və yenə də mədənizdə həmin dolğunluğu hiss edirsiniz. Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə məsləhət və üsullar mövcuddur:
Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.
Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.
Sübut edilmişdir ki, müntəzəm fiziki hərəkətlər də aybaşı zamanı yaranan köpü yüngülləşdirməyə kömək edir.
Espumisan köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın bir dozası meteorizm və ya köp kimi qazlarla bağlı simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan "simetikon" mədə-bağırsaq traktında yığılmış qazların səthi gərilməsini dəyişərək qazları azad edir, onlar sonradan ya sorulur, ya da orqanizmdən çıxarılır.

Espumisan

Fiziki aktivliyi

Qarnın yüngülcə masaj edilməsi
Espumisan® ilə köpdən tez azad ol!
Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.
Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan meteorizm və ya köp kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.
Espumisanın təsiredici maddəsi olan Simetikon mədə-bağırsaq traktında qida kütlələrinə daxil olmuş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, nəticədə qazların bağırsaq divarından sorulması, eləcə də gəyirmə və qaz ifrazı zamanı orqanizmdən çıxarılması asanlaşır.
Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Espumisan® 40 mq Kapsullar
Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

Espumisan® L 40 mq/ml Emulsiya
Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.