Dərman vasitəsinin istifadəsi üzrə təlimat

Espumizan® L

40 mq / ml, daxilə qəbul üçün damcı, emulsiya

Təsiredici maddə: simetikon

Bu dərman preparatını istifadə etməyə başlamazdan əvvəl bu içlik-vərəqəni diqqətlə oxuyun .

Bu dərman vasitəsi reseptsiz buraxılır. Lakin, müalicədən ən yaxşı nəticə əldə etmək üçün Espumizan® L-i ehtiyatla istifadə edin.

Bu içlik-vərəqəni saxlayın. Ola bilər ki, Sizə onu yenidən oxumaq lazım gəlsin.

Əgər Sizdə əlavə suallar yaranarsa, həkimə və ya aptek işçisinə müraciət edin.

Əgər əlavə təsirlər ciddi xarakter alarsa və ya bu içlik-vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, lütfən bu barədə müalicə həkiminə və ya aptek işçisinə məlumat verin.


İçlik vərəqədə olanlar :

1. Espumizan® L preparatı nədir və nə üçün istifadə olunur

2. Espumizan® L preparatını istifadə etməzdən əvvəl nəyi bilmək lazımdır

3. Espumizan® L preparatını necə qəbul etmək lazımdır

4. Mümkün əlavə təsirləri

5. Espumizan® L preparatının saxlanma şəraiti

6. Əlavə məlumat

1. Espumizan® L preparatı nədir və nə üçün istifadə olunur

Espumizan® L – mədə-bağırsaq traktının pozğunluqları zamanı müalicə üçün, köpüksöndürücü (qazqovucu) kimi təsir göstərən və diaqnostik müayinələrdə köməkçi vasitə kimi istifadə olunan preparatdır.

Bütün yaş qruplarında istifadə oluna bilər.

Onun təsiredici maddəsi – simetikon – qida kütlələrində və mədə-bağırsaq traktının seliyində qaz qabarcıqlarını dağıdır. Azad olmuş qazlar bağırsaq divarı tərəfindən udula və ya onun hərəki fəaliyyəti nəticəsində xaric ola bilər.

İstifadə sahəsi

- Qazyaranmanın yüksəlməsi nəticəsində mədə-bağırsaq traktında baş verən funksional pozğunluqlar zamanı, məsələn köp (meteorizm), qarında dolma hissi olduqda, həmçinin yenidoğulmuşlarda sancılar (üçaylıq sancılar) zamanı simptomatik müalicə üçün.

- Qarın boşluğu orqanlarını müayinəyə hazırlamaq üçün, məsələn, rentgenoqrafiya zamanı, İSM-də (ultrasəs müayinəsi) və qastroskopiya zamanı.

- Yuyucu vasitələrlə (səthi-aktiv maddələrlə) zəhərlənmələr zamanı köpüksöndürücü kimi.

2. Espumizan® L preparatını istifadə etməzdən əvvəl nəyi bilmək lazımdır

Espumizan® L p reparat ını aşağıdakı hallarda istifadə etmək olmaz :

- Əgər Sizdə simetikona və ya Espumizan® L preparatının digər istənilən komponentinə qarşı allergiya (yüksək həssaslıq) varsa.

Espumizan® L p reparat ını xüsusi ehtiyatla istifadə etmək tövsiyə olunur

Qarında yeni xoşagəlməz hisslər yaranarsa və /və ya belə təzahürlərin uzunmüddətli xarakter aldığı zaman onların səbəbini aydınlaşdırmaq və onların əsasını təşkil edə və müalicə tələb edə bilən xəstəliyi aşkar etmək üçün həkimə müraciət edin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsirinə dair məlumat yoxdur.

Hamiləlik və laktasiya

Espumizan® L preparatının hamiləlik və laktasiya dövründə qəbulu üçün məhdudiyyət

yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Xüsusi ehtiyat tədbirləri tələb olunmur.

Espumizan® L preparatının bəzi komponentləri barədə mühüm məlumat

Bu preparatın tərkibində sorbit vardır. Əgər Siz hər hansı şəkər növünün mənimsənilməsindən əziyyət çəkirsinizsə, o zaman bu preparatı qəbul etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin.

3. Espumizan® L preparatını necə qəbul etmək lazımdır

Espumizan® L preparatını həmişə müalicə həkiminin təyinatına uyğun olaraq qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkimə və ya aptek işçisinə müraciət edin.

Dozalanma

Adi doza:

Qazyaranmanın yüksəlməsi nəticəsində mədə-bağırsaq traktında baş verən funksional pozğunluqlar zamanı müalicə üçün

  • Məsələn , köp zamanı (meteorizm), qarının dolma hissi olduqda, həmçinin yenidoğulmuşlarda sancılar (üçaylıq sancılar) zamanı:

Yaş

Damcı ilə dozalanma

(ml)

Qəbul tezliyi

Körpələr

25 damcı (1 ml) içərisində uşaq qidası olan butulkaya əlavə edilərək, döşlə hər dəfə qidalandırmadan əvvəl və ya sonra verilir.

1 – 6 yaşlı uşaqlar

25 damcı (1 ml)

Gündə 3 – 5 dəfə

6 – 14 yaşlı uşaqlar

25 – 50 damcı (1 – 2 ml)

Gündə 3 – 5 dəfə

14 yaşdan yuxarı yeniyetmələr və böyüklər

50 damcı (2 ml)

Gündə 3 – 5 dəfə

Göstəriş : Espumizan® L, həmçinin əməliyyatdan sonra istifadə oluna bilər.

Espumizan® L yemək zamanı və ya yeməkdən sonra, lazım gələrsə, həmçinin yatmazdan əvvəl qəbul edilir.

Müalicəvi istifadə müddəti pozğunluğun dinamikasından asılıdır.

Lazım gələrsə, Espumizan® L uzun müddət istifadə oluna bilər.

Qarın boşluğu orqanlarının müayinəyə hazırlanması üçün

  • Rentgenoloji müayinə, USM :

Müayinəyə 1 gün qalmış

Müayinənin keçirildiyi gün səhər

gündə 3 dəfə 2 ml

(gündə 3 dəfə 50 damcı)

2 ml (50 damcı)

  • Kontrast maddələrin suspenziyasına əlavə kimi :

Ikiqat kontrastlaşmış təsvir almaq üçün kontrast maddənin 1 litr suspenziyasına 4 – 8 ml (100-200 damcı)

  • Mədə-bağırsaq traktının yuxarı şöbələrinin endoskopik müayinəyə hazırlanması üçün (qastroskopiya) :

Endoskopiyadan əvvəl 4 – 8 ml (100-200 damcı)

Endoskopiya zamanı – lazım gələrsə - müayinəyə maneə yaradan qaz qabarcıqlarını kənar etmək üçün endoskop kanalı vasitəsi ilə bir neçə millilitr emulsiya yeritmək olar.

Yuyucu vasitələrlə (səthi-aktiv maddələrlə) zəhərlənmələr zamanı köpüksöndürücü vasitə kimi .

Zəhərlənmənin ağırlığından asılı olaraq:

Yaş

Dozalanma

Uşaqlar

2,5 – 10 ml (65 damcıdan flakonun möhtəviyyatının 1/3-ə qədər)

Вöyüklər

10 – 20 ml (flakonun möhtəviyyatının 1/3-dən 2/3-nə qədər)

Göstəriş: əgər yuyucu vasitənin mədə-bağırsaq traktına düşməsindən sonra ilk yardım kimi, Siz Espumizan® L qəbul etmisinizsə, Sizə dərhal həkimə müraciət etmək lazımdır!

İstifadə qaydası

İstifadə öncəsi flakonu çalxalamaq lazımdır.

Damcı almaq üçün flakonun dibini yuxarı çevirin.

25 damcının (daxilə qəbul üçün 1 ml emulsiya) tərkibində 40 mq simetikon vardır.

Doza həddinin aşılması

Espumizan® L preparatı ilə zəhərlənmə hadisəsi məlum deyil.

Espumizan® L preparatının təsiredici maddəsi - simetikon mədə-bağırsaq traktında tam fiziki yolla köpüyü dağıdır. Simetikon bioloji və kimyəvi nöqteyi-nəzərdən tamamilə qeyri-aktivdir. Deməli, zəhərlənmə praktiki olaraq qeyri-mümkündür. Hətta Espumizan® L preparatının böyük miqdarları problemsiz qəbul edilir.

Əgər Siz Espumizan® L preparatının qəbulunu/istifadəsini unutmusunuzsa

Buraxılmış dozanı istənilən vaxt qəbul etmək olar.

Əgər Siz Espumizan ® L preparatının qəbulunu/istifadəsini dayandırmısınızsa

Вu halda mədə-bağırsaq traktında baş verən pozğunluqlar yenidən baş verə bilər.

Əgər bu preparata dair Sizin hər hansı əlavə suallarınız varsa, müalicə həkimi və ya aptek işçisi ilə məsləhətləşin.

4. Mümkün əlavə təsİrlərİ

Bu vaxta qədər Espumizan® L preparatının istifadəsi nəticəsində əlavə təsirlər müşahidə edilməmişdir.

Əgər Siz özünüzdə hər hansı əlavə təsir hiss etsəniz, bu barədə həkiminizə və ya aptek işçisinə məlumat verin.

5. Espumizan® L preparatının saxlanma şəraiti

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Etiketin və qablaşdırıldığı qutunun üzərində “Qoden do” sözlərindən sonra göstərilmiş yararlılıq müddəti bitdikdən sonra Espumizan® L preparatını istifadə etməyin. Yararlılıq müddətinin bitmə vaxtı göstərilən ayın son günüdür.

Bu dərman vasitəsinin saxlanması üçün xüsusi şərait tələb olunmur.

Bu dərman preparatını çirkab sularına və ya məişət tullantılarının içərisinə atmayın. Lazımsız dərman preparatının hara atılmalı olduğunu aptek işçilərindən soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.

Flakonun ilk açılışından sonra preparatın yararlılıq müddətinə diqqət edin.

İlk açılışdan sonra yararlılıq müddəti: 6 ay.

6. Əlavə məlumat

Espumizan® L preparatının tərkibi

Təsiredici maddəsi simetikondur.

25 damcının (1 ml emulsiya) tərkibində 40 mq simetikon vardır.

Köməkçi maddələr: makroqol stearat, qliserin monostearat, karbomerlər, banan aromatizatoru, kalium asesulfam, sorbit məhlulu, natrium-xlorid, natrium-sitrat, natrium-hidroksid, sorbin turşusu, təmizlənmiş su.

Espumizan® L preparatının təsviri və buraxılış forması

Ağ-süd rəngli az özlü maye.

Espumizan® L aşağıdakı qablaşdırmalarda buraxılır

30 ml emulsiya (şaquli damcıladıcı ilə)

3 х 30 ml emulsiya (şaquli damcıladıcı ilə)

50 ml emulsiya (şaquli damcıladıcı ilə)

Bazarda qablaşdırmanın bütün ölçüləri olmaya bilər.

Qeydiyyat şəhadətnaməsinin sahibi və istehsalçı

BERLİN-CHEMİE AG

(MENARİNİ GROUP)

Glienicker Weg 125

12489 Berlin, Almaniya

Bu içlik-vərəqənin son təsdiq tarixi : 09.2011 -ci il .

DV-13-00936






Dərman vasitəsinin istifadəsi üzrə təlimat

ESPUMİZAN 40mq yumşaq kapsullar

ESPUMISAN®

Beynəlxalq patentləşdirilməmiş adı: Simeticone

Tərkibi

Təsiredici maddə: 1 yumşaq kapsulun tərkibində 40 mq simetikon vardır.

Köməkçi maddələr : metilparahidroksibenzoat, jelatin, qliserin (85%-li), xinolin sarısı, 70% (E104),

"günəş qürubu" sarıs; FCF, 85% (E110).

Təsviri

Xətti və hamar səthi, nominal diametri 5 mm olan yumru, sarı rəngli yumşaq jelatin kapsullardır. Kapsulun möhtəviyyatı azca bulanıq ola bilən özlü, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Qazqovucu vasitə.

ATC kodu: A03AX13.

Farmakoloji xüsusiyyətləri

Espumizan® kapsullar preparatının tərkibində mədə-bağırsaq traktı tərəfindən pozğunluqları aradan qaldıran və diaqnostik müayinələr üçün köməkçi vasitə olan simetikon vardır. Təsiredici maddə - simetikon – sıyığabənzər möhtəviyyatda və həzm traktının seliyində olan qaz qabarcıqlarının dağılmasına səbəb olur. Bu zaman ayrılan qazlar bağırsaq divarı tərəfindən udula və peristaltika nəticəsində xaric edilə bilər.

Qazəmələgəlmə prosesinin güclənməsi ilə bağlı şikayətlər mədə-bağırsaq traktı pozğunluqlarının funksional əlaməti ola bilər və təzyiq və ya dolma hissi, vaxtından qabaq doyma hissi, gəyirmə, qarında qurultu, qarının şişməsi ilə özünü biruzə verə bilər.

İstifadəsinə göstərişlər

Qazəmələgəlmə prosesinin güclənməsi nəticəsində mədə-bağırsaq traktı tərəfindən şikayətlər zamanı, məsələn qazəmələgəlmə (meteorizm) və ya qazların toplanması, dolma hissi olduğu halda simptomatik müalicə üçün.

Qarın boşluğu orqanlarının diaqnostik müayinəyə, məsələn rentgenoqrafiya və sonoqrafiyaya (USM), hazırlanması.

Espumizan® kapsullar 6 yaşdan yuxarı uşaqlar, yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.

Əks göstərişlər

Simetikona, "günəş qürubu" sarısına FCF (E110), metilparahidroksibenzoata (E218) və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməməzliyi, 6 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Qarın boşluğu orqanları tərəfindən şikayətlər yaranarsa və ya üzun müddət davam edərsə, həkimə müraciət edin. O, şikayətlərin səbəbini və müalicə tələb edən xəstəliyin mövcudluğunu təyin edə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Simetikonun təsir mexanizmi və mədə-bağırsaq traktından orqanizmə əhəmiyyətsiz dərəcədə sorulması ilə əlaqədar olaraq hamiləlik və laktasiya dövründə Espumizan® kapsullarının istifadəsi nəticəsində negativ təsirlərin yaranmasından qorxmaq lazım deyil.

Espumizan® kapsullarının hamilələrdə istifadəsi haqqında heç bir klinik məlumat mövcud deyil.

Pediatriyada istifadəsi

Espumizan® kapsullarının 6 yaşdan kiçik uşaqlarda və körpələrdə istifadəsi tövsiyə edilmir. Satışda bunun üçün digər dərman formaları var.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Espumizan® kapsulları nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir göstərir.

İstifadə qaydası və dozası

Tövsiyə olunan doza

Qazəmələgəlmə prosesinin güclənməsi nəticəsində mədə-bağırsaq traktı tərəfindən şikayətlər, məsələn qazəmələgəlmə (meteorizm) və ya qazların toplanması, dolma hissi olduğu halda müalicə üçün:

Yaş

Dozalanması

İstifadə tezliyi

6 yaşdan yuxarı uşaqlar, yeniyetmələr və böyüklər

2 kapsul

(80 mq simetikona müvafiqdir)

gündə 3-4 dəfə

Qarın boşluğu orqanlarının diaqnostik müayinəyə, məsələn rentgenoqrafiya və sonoqrafiyaya (USM), hazırlanması üçün:

Müayinənin aparılmasından 1 gün əvvəl

Müayinə günü səhər saatlarında

2 kapsul gündə 3 dəfə

(240 mq simetikona müvafiqdir)

2 kapsul

(80 mq simetikona müvafiqdir)

Espumizan® kapsulları yemək zamanı və ya yeməkdən sonra, ehtiyac yarandıqda yuxuya getməzdən əvvəl qəbul edin.

Qeyd: Espumizan® kapsulları əməliyyatdan sonra da qəbul etmək olar.

Preparat şikayətlər aradan qaldırılana qədər qəbul edilməlidir. Ehtiyac olduğu halda uzun müddət ərzində qəbul edilə bilər.

Əgər müalicə effektinin çox güclü və ya çox zəif olduğunu düşünürsünüzsə, bu barədə müalicə həkiminizə və ya əczaçıya məlumat verin.

Əgər Siz Espumizan® kapsulunun qəbulunu unutmuşsunuzsa, buraxılmış dozanı istənilən vaxtı qəbul edə bilərsiniz.
Əgər preparatın istifadəsi ilə bağlı hər hansı bir sualınız yaranarsa, həkimə və ya əczaçıya müraciət edin.

Əlavə təsirləri

İndiyə qədər Espumizan® kapsullarının qəbulu ilə bağlı heç bir əlavə təsir müşahidə olunmamışdır.
Rəngləyici "günəş qürubu" sarısı (E110) allergik reaksiyalara səbəb ola bilər.
Metilparahidroksibenzoat (E218) yüksək həssaslıq reaksiyalarının meydana çıxmasına səbəb ola bilər, o cümlədən ləng gedişli.

Hər hansı bir əlavə təsir meydana çıxarsa həkimə və ya əczaçıya müraciət edin. Bu, mümkün ola biləcək bütün əlavə təsirlərə aiddir – o cümlədən içlik vərəqədə qeyd edilməyən.

Doza həddinin aşılması

Espumizan® kapsulları ilə doza həddinin aşılması zamanı zəhərlənmə halları demək olar ki, mümkün deyil.

Espumizan® kapsullarının hətta yüksək dozaları orqanizm tərəfindən yaxşı qəbul olunur.

Espumizan® kapsullarının təsiredici maddəsi simetikon mədə-bağırsaq traktında olan köpüyü, yalnız fiziki yolla parçalayır. Bağırsaqdan keçərkən simetikon orqanizmə sorulmur və kimyəvi və ya bioloji dəyişikliklərə uğramır.

Buraxılış forması

25, 50 və ya 100 yumşaq kapsul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda qablaşdırmanın bütün ölçüləri olmaya bilər.

Saxlanma şəraiti

300C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Preparatın utilizasiyası zamanı onun axar sulara və məişət tullantılarına düşməsinin qarşısını almaq lazımdır. Daha lazım olmayan preparatın utilizasiyası ilə bağlı əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühitin qorunmasına səbəb olur.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Catalent Germany Eberbach GmbH.

Gammelsbacher Strasse 2.

69412 Eberbach, Almaniya.

Swisscaps Romania srl.

Str. Carol I nr.1.

Comuna Cornu.

Jud. Prahova 107180, Rumıniya.

Qeydiyyat şəhadətnaməsinin sahibi

BERLİN-CHEMİE AG (MENARİNİ GROUP)

Glienicker Weg 125

12489 Berlin, Almaniya

TƏSDİQ EDİLMİŞDİR:

28 Dekabr 2017-ci il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən

DV 18-00113

Azərbaycanda “Berlin-Chemie AG Menarini” Nümayəndəliyi

AZ 1065 Bakı, C.Cabbarlı küçəsi 609, Globus Plaza 7-ci mərtəbə

Telefon: (+994 12) 597 55 16, (+994 12) 597 55 17Faks: (+99412) 597 55 18

www.berlin-chemie.az

AZ_ESP_01-2019_V1_LP

İçlik vərəqənin son təsdiq olunan tarixi: Espimusan kapsullar - 12.2017, Espumisan L - 09.2011

Geniş əhali üçün nəzəqdə tutulub

Əks göstərişlərlə tanış olun və ya həkiminizlə məsləhətləşin. Reseptsiz buraxılan dərman vasitəsi

Material Etibarlıdır: 05.2020

Biz, veb-saytımızın optimallaşdırılması və veb-saytımızda istifadə davranışının təhlili məqsədi ilə kuki fayllardan istifadə edirik.

Kuki faylların istifadəsi barədə daha ətraflı məlumatı bizim Məlumatların Məxfiliyi siyasətimizdə əldə edə bilərsiniz.