Sorry, you need to enable JavaScript to visit this website.

Espumisan® kapsulları 40 mg

Mədə-bağırsaq traktında qazlarla bağlı yaranmış şikayətlərin effektiv simptomatik müalicəsi üçün tərkibində 40 mq Simetikon olan kapsullar. Bol miqdarda və yağlı yemək qəbulundan sonra, qida məhsullarına qarşı həssaslıq, stres səbəbindən yaranan, aybaşı dövründə baş verən köpü tez və etibarlı şəkildə aradan qaldırır və tibbi müayinələrdən əvvəl köpdən azad olmaq üçün istifadə edilə bilər.

Packaging of Espumisan®
Packaging of Espumisan®
Icon of a magic wand to show the effectiveness of Espumisan and its active substance Simethicone

Meteorizmin etibarlı idarə olunması

Icon of an award to show trust and expertise of Espumisan

Bazarın liderinə inam və təcrübə

Gas icon

Etibarlı və effektiv müalicə

Bəzi vaxtlar mən qazlardan əziyyət çəkirəm. Bu, utandırıcıdır. Bu, məni sıxır və həqiqətən də, özgüvənimə təsir göstərir. Espumisan® sosial vəziyyətlərdə özümü çox daha inamlı hiss etməyimə kömək etdi

Elmira, Biznes-məsləhətçi

Packaging of Espumisan
Packaging of Espumisan
Icon of intestine with gas

Espumisan® necə təsir edir?

Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

Espumisan®L 40 mq/ml Emulsiya

Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

Tez-tez verilən suallar

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon həzm sistemimizdə qaz Qabarcıqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.

    Espumisan 40 mq kapsullar uşaqlar və böyüklər üçün nəzərdə tutulmuşdur. Körpələrdə sancıların simptomatik müalicəsi üçün Espumisanın körpələr üçün udulması asan olan 40 mq/ml emulsiya forması vardır.

    Uşaqlar (6 yaşdan yuxarı) və böyüklər 2 kapsuldan (80 mq Simetikon) gündə 3 və ya 4 dəfə (ümumi doza gündə 240 - 320 mq) qəbul edirlər. Yemək zamanı və ya yeməkdən sonra, həmçinin lazım gələrsə, yatmazdan əvvəl qəbul edilir. Preparat şikayətlər aradan qalxana qədər qəbul edilir. Buna baxmayaraq, qarın boşluğu ilə bağlı şikayətlər ilk dəfə meydana çıxdıqda və/və ya qalmaqda davam etdikdə, onlar klinik cəhətdən araşdırılmalıdır.

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon artıq 50 ilə yaxındır ki, mövcuddur. Bu maddə yaxşı tədqiq edilmişdir və demək olar ki, qeyri-toksik hesab olunur. Preparat həzm olunmamış qidaya düşmüş qazlara fiziki olaraq təsir edir və orqanizm tərəfindən sorulmur. Preparat uzun müddətli müalicə üçün istifadə edilə bilər. İstifadəsi asandır və bir dozaya malikdir (iki kiçik kapsul). Hamilə qadınlar tərəfindən istifadə üçün uyğundur. Espumisan preparatının tərkibində şəkər yoxdur və buna görə də, xüsusilə şəkərli diabet xəstələri üçün uyğundur. Almaniyada keyfiyyətə ciddi nəzarət şəraitində istehsal olunur.

    Dərman vasitəsinin istifadəsi üzrə təlimat

    Espumisan® Kapsullar 40 mq, yumşaq kapsullar

    Bu dərmandan istifadə etməzdən əvvəl, bu içlik vərəqəsini tam və diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır.

    Hər zaman bu dərman vasitəsini bu içlik vərəqəsində təsvir edildiyi qaydada və ya həkiminizin və ya əczaçının göstərişlərinə uyğun olaraq qəbul edin.

    • Bu içlik vərəqəni atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
    • Əlavə məlumata və ya məsləhətə ehtiyacınız olduğu halda, əczaçıya müraciət edin.
    • Hər hansı əlavə təsir meydana çıxdığı halda, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Bunlara bu içlik vərəqəsində sadalanmayan hər hansı mümkün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın.
    • Özünüzü yaxşı hiss etmədikdə və ya vəziyətininz daha da pisləşdikdə, həkimə müraciət etmək lazımdır.
    • Bu istifadə təlimatında aşağıdakı başlıqlar vardır

    Əlaqədar Məqalələr

    Köp və meteorizm

    Köp və meteorizm

    Hamiləlik və köp

    Hamiləlik və köp

    Köp və dərmanlar

    Köp və dərmanlar

    Bloating and surgery

    Köp və cərrahiyyə

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028