Sorry, you need to enable JavaScript to visit this website.

Espumisan® haqqında ətraflı məlumat

Packaging of Espumisan in different dosage forms for different needs
Packaging of Espumisan in different dosage forms for different needs

Espumisan® – müasir və sürətlə dəyişən dünya üçün

Biz sürətlə dəyişən dünyada yaşayırıq. Günlərimiz çox zaman gərgin iş qrafiki, ayaqüstü qida qəbulu və fəal qalmaq üçün qəbul etdiyimiz qəhvə ilə zəngin olur. Bu mühitdə əksər insanlarda nə zamansa köp və meteorizm meydana çıxır. İnsanın həzm sistemi həssas olduğu qədər də qəribədir. Köp çox zaman ciddi bir xəstəlik kimi qəbul edilməsə də, hələ də digər insanlar arasında özgüvənimizi azalda, dostlarımız və həmkarlarımızla xoş zaman keçirməyimizə mane ola bilər.

Espumisan® ilə köpdən tez azad ol!

Yavaş yemək və sağlam qidalanmaq çox zaman sözdə asan olsa da, əməldə asan olmur. Məhz bu halda Espumisan köməyə gəlir. Espumisanın təsiredici maddəsi sizi qarın nahiyəsində köpmə hissindən tez bir zamanda azad edə və uğurlu bir gün üçün doğru yola yönəldə bilər!

Elmi tədqiqatlar Espumisan preparatının təsiredici maddəsinin köpük əleyhinə aktivliyə malik olduğunu aşkara çıxarmışdır. Bu xüsusiyyət qazlarla bağlı meydana çıxan həzm problemlərinin müalicəsində effektivdir.

Espumisan® necə təsir edir?

Bir çox insanlar bol miqdarda qida qəbul etdikdən sonra toxluq necə bir hiss olduğunu bilirlər. Mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazların və ya havanın olması köp adlanır. Qarın dolu, bərk, gərgin və şişkin görünür. Qazların çıxarılması rahatlıq hissi verir və bu proses flatulensiya adlandırılır.

Nə üçün qazlar məs ilk növbədə bizim həzm sistemimizdə yığılıb qalırlar? Köpmənin səbəbləri olduqca müxtəlif ola bilər və elmi cəhətdən hələ tam öyrənilməmişdir. Lakin adətən, onlar bağırsaqda qazların əmələ gəlməsi və xaric olmasında baş verən problemlərlə bağlı olurlar. Sabunlu suda kiçik Qabarcıqlar gördüyünüz kimi, artıq qaz bağırsaqlarımızda və ya mədəmizdə həzm olunmamış qidalarda və ya selikdə qala bilər.

Espumisan preparatının təsiredici maddəsi yığılıb qalmış bu qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.

Espumisan® nə zaman qəbul edilməlidir?

Köp və meteorizm həkimə müraciətlər zamanı barəsində ən çox məlumat verilən mədə-bağırsaq simptomlarıdır. Bunun səbəbləri və intensivliyi insandan insana fərqlənə bilər. Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası meteorizm və ya qarın köpü kimi qazlarla bağlı simptomları tez bir zamanda aradan qaldırır. Espumisan preparatının təsiredici maddəsi olan Simetikonun köp əleyhinə effektivliyi təsdiq edilmişdir. Köpün əmələ gəlməsinə bir neçə səbəb və amillər ola bilər:

  • Hamiləlik, aybaşı və ya menopauza dövründə köp
  • Qida həssaslığı və dözümsüzlük köpə səbəb ola bilər
  • Körpələrdə köp sancıları
  • Stres köpə səbəb ola bilər
  • Tibbi təyinatlardan (müayinələrdən) əvvəl köpdən azad olmaq

 

Espumisan® preparatının əlavə təsirləri vardırmı?

Espumisan preparatının təsiredici maddəsi olan Simetikon artıq 50 ilə yaxındır ki, mövcuddur. Bu maddə yaxşı öyrənilmişdir və demək olar ki, qeyri-toksik hesab olunur. Preparat həzm olunmamış qidaya düşmüş qazlara fiziki olaraq təsir edir və orqanizm tərəfindən sorulmur. Preparat uzun müddətli müalicə üçün istifadə edilə bilər. İstifadəsi asandır və bir dozaya malikdir (iki kiçik kapsul). Hamilə qadınlar və körpələr tərəfindən istifadə üçün uyğundur. Espumisan preparatının tərkibində şəkər yoxdur və buna görə də, xüsusilə şəkərli diabet xəstələri üçün uyğundur. Almaniyada keyfiyyətə ciddi nəzarət şəraitində istehsal olunur.

Məhsul formaları

Espumisan® ilə köpdən tez azad ol!

Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.

Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan meteorizm və ya köp kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

Espumisan® video carxı

Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028