Sorry, you need to enable JavaScript to visit this website.

Espumisan® L 40 mq Emulsiya

Qaz səbəbi ilə mədə-bağırsaq simptomlarının effektiv simptomatik müalicəsi üçün tərkibində 40 mq Simetikon olan Espumisan emulsiyası. Böyük və yağlı yeməklərdən sonra şişkinlik, qidaya qarşı həssaslıqlar, stres, aybaşı zamanı köpdən tez azad olmağa kömək edir və tibbi müayinələrdən əvvəl şişkinliyin aradan qaldırılmasında istifadə edilə bilər.

Packaging of Espumisan
Packaging of Espumisan
Icon of a magic wand to show the effectiveness of Espumisan and its active substance Simethicone

Meteorizm və köp ilə əlaqəli xəstəliklərin idarə edilməsi

Icon of a pacifier to show that Espumisan can be given to babies

Həyatın ilk həftələrindən etibarən

Icon of a fetus to show the tolerability of Espumisan and that it can be taken during pregnancy

Təhlükəsizlik və pasiyent tərəfindən keçirilmə

Bəzi vaxtlar mən qazlardan əziyyət çəkirəm. Bu, utandırıcıdır. Bu, məni sıxır və həqiqətən də, özgüvənimə təsir göstərir. Espumisan® sosial vəziyyətlərdə özümü çox daha inamlı hiss etməyimə kömək etdi

Elmira, Biznes-məsləhətçi

Packaging of Espumisan
Packaging of Espumisan
Icon of intestine with gas

Espumisan® necə təsir edir?

Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Three girlfriends drinking coffee and having a good time, sharing information about flatulence and Espumisan.There is a packshot of Espusiman 40 mg Capsules in the front

Espumisan® 40 mq kapsullar

Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

Tez-tez verilən suallar

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon həzm sistemimizdə qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.

    Espumisan 40 mq kapsullar uşaqlar və böyüklər üçün nəzərdə tutulmuşdur. Körpələrdə sancıların simptomatik müalicəsi üçün Espumisanın körpələr üçün udulması asan olan 40 mq/ml emulsiya forması vardır.

    Uşaqlar (6 yaşdan yuxarı) və böyüklər 2 kapsuldan (80 mq Simetikon) gündə 3 və ya 4 dəfə (ümumi doza gündə 240 - 320 mq) qəbul edirlər. Yemək zamanı və ya yeməkdən sonra, həmçinin lazım gələrsə, yatmazdan əvvəl qəbul edilir. Preparat şikayətlər aradan qalxana qədər qəbul edilir. Buna baxmayaraq, qarın boşluğu ilə bağlı şikayətlər ilk dəfə meydana çıxdıqda və/və ya qalmaqda davam etdikdə, onlar klinik cəhətdən araşdırılmalıdır.

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon artıq 50 ilə yaxındır ki, mövcuddur. Bu maddə yaxşı tədqiq edilmişdir və demək olar ki, qeyri-toksik hesab olunur. Preparat həzm olunmamış qidaya düşmüş qazlara fiziki olaraq təsir edir və orqanizm tərəfindən sorulmur. Preparat uzun müddətli müalicə üçün istifadə edilə bilər. İstifadəsi asandır və bir dozaya malikdir (iki kiçik kapsul). Hamilə qadınlar tərəfindən istifadə üçün uyğundur. Espumisan preparatının tərkibində şəkər yoxdur və buna görə də, xüsusilə şəkərli diabet xəstələri üçün uyğundur. Almaniyada keyfiyyətə ciddi nəzarət şəraitində istehsal olunur.

    Dərman vasitəsinin istifadəsi üzrə xəstələr üçün təlimat

    Espumisan® L 40 mq Emulsiya

    Bu dərmandan istifadə etməzdən əvvəl, bu içlik vərəqəsini tam və diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır.

    Hər zaman bu dərman vasitəsini bu içlik vərəqəsində təsvir edildiyi qaydada və ya həkiminizin və ya əczaçının göstərişlərinə uyğun olaraq qəbul edin.

    • Bu içlik vərəqəsini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər.
    • Əlavə məlumata və ya məsləhətə ehtiyacınız olduğu halda, əczaçıya müraciət edin.
    • Hər hansı əlavə təsir meydana çıxdığı halda, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Bunlara bu içlik vərəqəsində sadalanmayan hər hansı mümkün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın.
    • Yaxşılaşma baş vermədikdə və ya simptomlar daha da pisləşdikdə, həkimə müraciət etməlisiniz.
    • Bu istifadə təlimatında aşağıdakı başlıqlar vardır:

    Aid olan Məqalələr

    Köp və ultrasəs müayinəsi

    Köp və ultrasəs müayinəsi

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028