Sorry, you need to enable JavaScript to visit this website.

Körpələrdə sancı

A happy baby lying on his smiling mother is looking curiously at the camera
A happy baby lying on his smiling mother is looking curiously at the camera

 

Körpələrdə sancılar nədir?

Körpələr dünyamıza yeni gəliblər. Onlar daim özləri və ətraf mühitləri barədə kəşflər edirlər. Bu kəşflərin heç də hamısı xoş olmur və narazılığı ifadə etmək üçün yeganə yol, təbii ki, ağlamaqdır. Körpənin ağlaması valideynləri bütün gün məşğul edə və gecə yatmalarına imkan verməyə bilər. Bəs bu kiçik körpə nə istəyir?

Körpənin ağlaması normal bir hal olsa da, bəzi körpələrin daimi və səbəbsiz ağlaması valideynləri üçün əhəmiyyətli bir stresə çevrilə bilər. Həftədə üç gün ərzində gündə üç saatdan çox ağlamaq kimi müəyyən edilən körpə sancıları çox zaman gün ərzində narahatlıqla müşayiət olunur və ağlamanın pik nöqtələri günün sonuna və ya axşama təsadüf edir.

3-4 aydan sonra, adətən, simptomlar keçib gedir, bu səbəbdən də bunlar "üç aylıq sancılar" adlandırılır. Bu vəziyyət bütün dünyada körpələrin 10-30%-də müşahidə olunur.

 

Körpəm niyə ağlamağı dayandırmır?

Bu mövzu ilə bağlı bir çox tədqiqatlar aparılmış və ziddiyyətli nəticələr əldə edilmişdir. Lakin karbohidratların sorulması prosesinin pozulmasının körpələrdə sancıların ən çox rast gəlinən səbəbi olduğu ehtimal edilir. Karbohidrat qalıqlarının fermentləşməsi karbon qazının və hidrogenin miqdarının artmasına gətirib çıxarır. Bəzi valideynlər meteorizmlə yanaşı körpənin qarnında qurultunun olmasını da təsvir edirlər ki, bu da mədə-bağırsaq traktında problemlərin daha bir göstəricisidir.

A young mother presses her crying baby to her chest to soothe it from baby colic
A young mother presses her crying baby to her chest to soothe it from baby colic

 

Körpələrdə sancılar özünü necə büruzə verir?

Sancısı olan uşağın ağlaması ucadan, güclü və şiddətli ağlama kimi təsvir olunur və saatlarla davam edə bilər. Sığallamaq, yedizdirmək və ya bezini dəyişməklə körpəni sakitləşdirmək mümkün olmur. Körpənin ağlaması bədənin gərginləşməsi, qolların və ayaqların bükülməsi ilə müşayiət olunur. Körpənin qarnı köpmüş və gərgin, qurultu və meteorizm müşahidə oluna bilər.

 

Mən həkimə müraciət etməliyəm?

Əgər körpəniz qeyri-adi dərəcədə uzun müddət və fasiləsiz olaraq ağlayırsa, həkimə müraciət etməyiniz tövsiyə olunur. Körpə tam tibbi müayinədən keçdikdən sonra, siz onun şiddətli ağlamasının infeksiya və ya travma kimi səbəblərini istisna edə bilərsiniz. Ana südü ilə və ya süni qida ilə qidalandırılan körpələrdə sancıların eyni dərəcədə olduğu müşahidə edilmişdir. Buna baxmayaraq, inək südünün ananın pəhrizindən çıxarılması körpənin sancılarının azalmasına müsbət təsir edə bilər (Körpələrdə laktozaya qarşı dözümsüzlük ehtimalı olduqca azdır. Lakin digər tərəfdən inək südünün zülalı körpələrdə sancıya səbəb ola bilər).

 

Körpələrin sakitləşib yuxuya getmələri üçün onları qazdan necə azad edə bilərik?

Köməyinizə çatacaq bir neçə məsləhət: körpəni yedizdirərkən onu şaquli vəziyyətdə saxlamaq lazımdır ki, udduğu artıq hava çıxsın. Körpənin qarnına yüngülcə təzyiq etmək faydalıdır və onu sakitləşdirir. Espumisan kimi reseptsiz buraxılan dərmanlar sancıları olan körpələrin vəziyyətini yüngülləşdirmək üçün geniş istifadə edilir. Simetikon sorulmayan və orqanizm tərəfindən yaxşı keçirilən meteorizm əleyhinə maddədir.

 

Espumisan® - Sancısı olan körpəni sakitləşdirmək üçün sürətli yardım!

Sancılar kiçik uşaqlarda tez-tez rast gələn bir vəziyyətdir. Lakin daimi həzm problemləri körpələr üçün əhəmiyyətli narahatlıq yarada bilər. Hələ valideynlərin çəkdikləri əziyyəti və yuxusuz gecələrini demirik. Ətraf mühitlə tanışlıqla bağlı körpənin keçirdiyi adi stresə əlavə olunan həzm problemləri aradan qaldırılması mümkün olan bir təhlükədir. Körpənin qarnında qazların həddindən artıq miqdarda yaranması ilə bağlı narahatlığa, onun nə baş verdiyini deyə bilməməsi ilə bağlı narahatlıq da əlavə olunur.

Espumisanın təsiredici maddəsi olan Simetikon sancılar zamanı uşağın səciyyəvi narahatlığının tez və etibarlı şəkildə aradan qaldırılmasını təmin edə bilər. Bu maddə köpə qarşı sınanmış və effektiv bir vasitədir. Simetikon mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.

Tədqiqatlar göstərmişdir ki, Simetikon 80%-ə yaxın ailəyə ailə həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək etmişdir.

Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

Three girlfriends drinking coffee and having a good time, sharing information about flatulence and Espumisan.There is a packshot of Espusiman 40 mg Capsules in the front

Espumisan® 40 mq Kapsullar

Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

Espumisan® L 40 mq Emulsiya

Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

Espumisan® video carxı

Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028