Sorry, you need to enable JavaScript to visit this website.

Hamiləlik və köp

A pregnant woman with no bloating sitting and smiling while stroking her baby belly
A pregnant woman with no bloating sitting and smiling while stroking her baby belly

 

Köp

İlk növbədə, əgər köpdən əziyyət çəkirsinizsə, siz tək deyilsiniz. Həm kişilər, həm də qadınlar bir sıra səbəblərdən yaranan köpdən əziyyət çəkirlər. İnsanların əksəriyyətində müəyyən hallarda köp və meteorizm baş verir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan və özündə yeni bir həyat yetişdirə bilən möcüzəli bir sistemdir. Hamiləlik özü bir möcüzədir, lakin qadınların əksəriyyəti üçün bir sıra narahatlıqlara səbəb olur. Qarında sancı və köp bu xüsusi dövrün ayrılmaz tərkib hissələridir. Əslində, köp xüsusilə yayılmış əlavə təsirdir, tədqiqatlardan birində 49% hallarda köpün əlamətləri aşkar edilmişdir. Bəs bunun səbəbləri nələrdir?

 

Hamiləlik dövründə köp nədir?

Hamiləlik bir çox dəyişikliklərə səbəb olur. Körpənin böyüməsinə kömək edən hormonların səviyyəsində əhəmiyyətli bir artım baş verir. Hormonların yeni səviyyəsinin əlavə təsirlərindən biri həddindən artıq qazların səbəb olduğu köpmə hissidir. Bu, uşağın böyüməsi üçün mühit hazırlayan bədənin təbii təsiridir.

 

Hamiləlik dövründə köp nə zaman və hansı səbəbdən baş verir?

Hamiləliyin başlanğıcında körpəni zəruri qidalandırıcı maddələrlə təmin etmək məqsədi ilə uşaqlığın selikli qişasının böyüməsini təmin etmək üçün hormonlar adlandırılan təbii kimyəvi maddələr böyük miqdarda ifraz edilir və qana buraxılır. Bu hormonlar, progesteron və estrogen də həmçinin digər əlaqəli təsirlərə malikdir. Progesteron əzələləri boşaldaraq orqanizmdə həzmi yavaşladır. Nəticədə qida həzm olunmamış qalır və çox miqdarda qazların əmələ gəlməsinə səbəb olur. Estrogenlərin səviyyəsinin yüksəlməsi də eyni təsirə malik ola bilər, həmçinin suyun bədəndə toplanmasına, beləliklə də ağrıya və şişkinliyə səbəb olur.

Hamiləliyin sonrakı mərhələlərində körpəni müdafiə etmək məqsədi ilə uşaqlıq böyüyür, formasını və yerini dəyişir, onun hərəkəti digər orqanlara təsir edərək qəbizliyə və qazların çoxalmasına səbəb ola bilər. Qazlar toplanaraq köpmə hissinin artmasına səbəb ola bilər.

A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms
A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms

 

Hamiləlik dövründə köpün qarşısını necə almaq olar?

Köpün sindromları və hamilə qadının orqanizmində dəyişikliklər uşağın böyüməsi prosesinin ayrılmaz tərkib hissələridir. Onlara səbəb olan şərtlərin təbii və tamamilə normal olmasına baxmayaraq, simptomlar aradan qaldırılmalıdır. Həyat tərzində kiçik dəyişikliklər köpü azaltmağa kömək edə bilər.

    A blonde woman with a bob prepares her smoothie with pineapple and various fruits
    A blonde woman with a bob prepares her smoothie with pineapple and various fruits

    Az duzlu pəhriz, meyvələr, tərəvəzlər və yağsız zülalla zəngin olan qida rasionu, eləcə də emal edilmiş qidalardan imtina etmək faydalı ola bilər. Bol miqdarda su qəbul etmək (hər zaman yaxşı bir fikirdir) də həmçinin bu prosesə yardımçı ola bilər. Yüksək Fiziki aktivliyi, hətta fiziki fəallığın az da olsa artırılması həzmi yaxşılaşdırır və yığılıb qalmış qazlardan xilas olmağa kömək edir.

    Wheat field in the bright sun
    Wheat field in the bright sun

    Bəzi insanlarda, xüsusilə də, seliakiya xəstəliyindən və ya qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkən insanlarda buğda köpməyə səbəb ola bilər. Seliakiya xəstəliyi əhalinin 1%-ə qədərində müşahidə olunur və buna görə də, düşündüyünüzdən daha tez-tez rast gəlinir!

    Wheat field in the bright suA young woman with long, brown hair holds a tall glass with her hand and drinks a carbonated drink with a straw out of it n
    Wheat field in the bright suA young woman with long, brown hair holds a tall glass with her hand and drinks a carbonated drink with a straw out of it n

    Olduqca aydındır ki, tərkibinə karbon qazı qabarcıqları olan qazlı içkilər həzm sistemimizdə qazların yığılmasına səbəb ola bilər. Bu qaz birbaşa bizim həzm sistemimizə daxil olur.

    Hands peeling onions on a small board as onions contain fructans which can cause bloating.
    Hands peeling onions on a small board as onions contain fructans which can cause bloating.

    Soğanın tərkibindəki fruktanlar köpməyə səbəb olan qida liflərinin bir növüdür. Sarımsaq da oxşar təsirə malik ola bilər. Bu halların hər birində qida rasionumuzda buğda, soğan və ya qazlı içkilərə alternativlər tapmaq mümkündür

     

    Hamiləlik və köplə əlaqəli olan digər hallar

    Yuxarıda qeyd edildiyi kimi, hamiləliyin son mərhələlərində uşaqlığın yerdəyişməsi köpə və qəbizliyə səbəb ola bilər. Adi qarın işlədici məhsullar hamilə qadınlar üçün uyğun olmaya bildiyindən, probiotiklər və nəcis yumşaldıcı vasitələr problemin həlli ola bilər. Hər zaman yeni bir dərman qəbul etməzdən əvvəl dərmanların istifadə təlimatını oxuyun və həkimlə məsləhətləşin.

    Əgər daha əvvəl də qıcıqlanmış bağırsaq sindromundan (QBS) əziyyət çəkmisinizsə, hamiləlik dövründə bu problem şiddətlənə bilər. Sizin üçün problemin düzgün həllini tapmaqda kömək etməsi üçün həkiminizlə məsləhətləşin.

    Konkret olaraq hamiləliklə əlaqəli olan və köpməyə səbəb ola bilən digər vəziyyətlər də mövcuddur. Yalançı sancılar – hamiləliyin gec mərhələlərində bədənin əzələlərinin yığılmaları qeyri-müntəzəm olur və 2 dəqiqəyədək davam edir. Uşaqlıq genişləndikdə uşaqlığın girdə bağında ağrı meydana çıxır və bu, qarnın aşağı hissəsində ağrıya səbəb ola bilir.

     

    Həkimə nə zaman müraciət etmək lazımdır?

    Köp, əsasən, zərərsizdir, lakin bəzi hallarda ona diqqətlə nəzarət edilməlidir. Çəkinin azalması, başgicəllənmə, tez-tez baş verən ürəkbulanma və qusma zamanı həkimlə məsləhətləşmək lazımdır. Əgər əlavə dərmanların istifadəsi ilə bağlı şübhələriniz vardırsa, əmin olmaq üçün həkimlə məsləhətləşməyiniz tövsiyə edilir. Hamilə qadınlar hər dərman vasitələrindən istifadə edə bilməzlər.

     

    Köp və meteorizm zamanı nələr kömək edir?

    Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə ümumi məsləhət və üsullar mövcuddur:

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan Simetikon mədə-bağırsaq traktında yığılmış qazların səthi gərilməsini dəyişərək qazları azad edir, onlar sonradan ya sorulur, ya da orqanizmdən çıxarılır. Bununla da qarnı sakitləşdirməyə, köplə bağlı təşviş və sosial təşviş hissini aradan qaldırmağa kömək edir.

    Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.Sübut edilmişdir ki, müntəzəm fiziki hərəkətlər də aybaşı zamanı yaranan köpü və meteorizmi yüngülləşdirməyə kömək edir. Hamiləlik dövründə yüngül hərəkətləri yerinə yetirmək olar, amma ehtiyatla icra edilməlidir

    Icon of an intestinal tract calmed down after Espumisan with its active substance Simethicone has freed the gas

    Espumisan

    Icon of sneaker to illustrate physical activity

    Fiziki aktivliyi

     

    Espumisan® - Hər zaman, hər yerdə, tez yüngülləşmə!

    Köp və meteorizm normal hallardır. Hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklər qaçılmazdır. Lakin meteorizm və qarın köpü kimi əlavə təsirlər baxımından bəzi yüngülləşmələrə nail olmaq mümkündür. Həzm sistemimiz körpənin böyüməsinə kömək edən hormonlar tərəfindən yavaşladılır və eyni zamanda gündəlik həyatın normal təzyiqi altında ayaqlaşa bilmir, nəticədə qazlar qarnımızda yığılıb qalaraq özümüzü tox və köpmüş hiss etməyimizə səbəb ola bilir. Qarında narahatlıq hissi və nəzarət edilməyən meteorizm qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.

    Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

    Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qabarcıqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır

    Espumisan® 40 mq Kapsullar

    Qaz səbəbi ilə mədə-bağırsaq simptomlarının effektiv müalicəsi üçün tərkibində 40 mq Simetikon olan kapsullar.

    Packaging of Espumisan 40 mg Capsules
    Packaging of Espumisan 40 mg Capsules

    Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

    A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

    Espumisan® L 40 mq/ml Emulsiya

    Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028