Sorry, you need to enable JavaScript to visit this website.

Köp və qida

Young woman with glasses and high braid sits in front of laptop while talking on phone and eating her meal at the same time
Young woman with glasses and high braid sits in front of laptop while talking on phone and eating her meal at the same time

 

Qida köpə səbəb ola bilərmi?

İlk növbədə, əgər köpdən əziyyət çəkirsinizsə, siz tək deyilsiniz. Həm kişilər, həm də qadınlar köpdən əziyyət çəkirlər. İnsanların əksəriyyətində nə vaxtsa köp və meteorizm baş verir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan möcüzəli bir sistemdir. Bu proses zamanı mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazlar ifraz olunduqda, qarın şişkin və köpmüş olur. Bəs bunun səbəbləri nələrdir?

Gündəlik qida rasionumuz qida məhsullarının bir çox qruplarından ibarətdir. Lakin qida rasionumuz kimi bir amil köpməyə səbəb ola bilərmi? Bir çox yeni məhsullar meydana çıxıb və supermarketdə əvvəllər olmadığı qədər geniş məhsul seçimi vardır. Bəs bunun mənfi təsirləri ola bilərmi? Məsələn, köp?

 

Hansı qida və içkilər köpə səbəb olur?

Biz öz orqanizmimiz üçün düzgün olanı etməyə çalışırıq, yaxşı qidalanırıq, həddindən artıq yemirik, yeməli olmadığımız məhsullardan imtina edirik. Lakin bəzən biz bu məhsulların hansılar olduğunu bilmirik. Qidaya qarşı allergiya geniş yayılmışdır, məsələn, qlütenə qarşı dözümsüzlük, seliakiya xəstəliyi, laktozaya qarşı dözümsüzlük və bir çox digərləri. Diaqnostika olunmadıqları təqdirdə bunlar qarın nahiyəsində narahatlıq hissinə və köpməyə və ya hətta ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilərlər. Bu, bədənin müəyyən qida növlərini düzgün həzm edə bilməməsi səbəbindən baş verir.

Müəyyən məhsul qruplarını istisna etməklə qida rasion balansını pozmuş ola bilərik. Çox yayılmış problemlərdən biri şəkərin həddindən artıq istifadəsidir. Diabet kimi bir sıra sağlamlıq problemləri tez-tez rast gəlinən, tanınandır və həkiminiz tərəfindən təyin edilməlidir. Bundan əlavə, şəkərin artıq miqdarda olması istifadə edilməsi də köpə səbəb ola bilər. Qida rasionunuzda paxlalı bitkilərin və qida liflərinin həddindən artıq miqdarda olması da problem ola bilər, belə ki, həzm olunmamış qida qazların yaranmasına səbəb olur.

Bəzi insanlarda, xüsusilə də, seliakiya xəstəliyindən və ya qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkən insanlarda buğda köpməyə səbəb ola bilər. Seliakiya xəstəliyi əhalinin 1%-ə qədərində müşahidə olunur və buna görə də, düşündüyünüzdən daha tez-tez rast gəlinir! Olduqca aydındır ki, tərkibinə karbon qazı qovuqcuqlarının əlavə edildiyi qazlı içkilər həzm sistemimizdə qazların yığılmasına səbəb ola bilər. Bu qaz birbaşa bizim həzm sistemimizə daxil olur.

Soğanın tərkibindəki fruktanlar köpməyə səbəb olan qida liflərinin bir növüdür. Sarımsaq da oxşar təsirə malik ola bilər. Bu halların hər birində qida rasionumuzda buğda, soğan və ya qazlı içkilərə alternativlər tapmaq mümkündür.

Icon of a cupcake to illustrate the large amount of sugar in our meals

Şəkər qəbulunun artıq olması

Icon of peas as an example of a vegetable with excessive fiber

Paxlalılar və həddindən artıq lif

Icon of wheat as food that can cause gas and bloating for persons with gluten intolerance

Qlütenə qarşı dözümsüzlük

Icon of carbonated drink as food that can cause gas and bloating

Qazlı içkilər

Icon of onions and garlic as food that can cause gas and bloating

Soğan və sarımsaq

 

Nə üçün mən məzuniyyət vaxtı köpdən əziyyət çəkirəm?

İstər evdə, istərsə də məzuniyyətdə, əvvəlki qida rasionunuza daxil olmayan yeni qida məhsullarının qəbulu da həmçinin mədənizdə qıcıqlanmaya səbəb ola bilər. Avtomobil yeni yanacaqla işlədiyi zaman problemlər meydana çıxa bildiyi kimi, orqanizm də əvvəlki qida rasionuna alışır və bu səbəbdən də, dəyişikliklərə qarşı həssas olur.

 

Köpün digər səbəbləri

Köpmənin və qaz əmələ gəlmənin mexanizmlərini anlamaq çətindir. Orta statistik insanın mədə-bağırsaq traktında istənilən vaxt 100-200 sm3 qaz vardır. Qazın həcmi, məsələn, havanın udulması və qazlı içkilərin qəbulu zamanı artır. Adətən, bu qazlar qan dövranına sorulur və biz nəfəs verməklə onları xaric edirik. Yaxud da, sadəcə olaraq anus vasitəsilə orqanizmdən çıxarırıq. Bu sistem pozulduqda, artıq miqdarda olan qazlar kiçik qabarcıqlar halında mədə-bağırsaq sistemində ləngiyə bilər, nəticədə özümüzü şişkin və köpmüş hiss edə bilərik.

    A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand
    A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand

    Bir çox qadınlar aybaşı zamanı köpün olması barədə məlumat verirlər. Hormonal balansın pozulması həzm traktının hərəkətini yavaşlada və bununla da, köpməyə səbəb ola bilər.

    A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms
    A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms

    Aybaşı dövründə yaranan simptomlar kimi, hamiləlik dövründə də köp meydana çıxa bilər.

    A young woman with blonde braided pigtail sits at her desk making notes on her post it
    A young woman with blonde braided pigtail sits at her desk making notes on her post it

    Köpün çox rast gəlinən səbəblərindən biri də stresli həyat tərzidir. Siz sağlam qidalar qəbul edə bilərsiniz, lakin həddindən artıq tez-tez yemək və bir günə bir neçə işi sığışdırmaq cəhdləri də həzm prosesinizə təsir edəcəkdir.

     

    Qida ilə əlaqəli köpün qarşısını necə almaq olar?

    Hərəkət edin: Tədqiqatlar göstərmişdir ki, Fiziki aktivliyi həzmi yaxşılaşdırır və yığılıb qalmış qazlardan xilas olmağa kömək edir. Bu, saatlarla masa arxasında əyləşərək işləyən və ya demək olar ki, fiziki hərəkətlərlə məşğul olmadan yaşayan insanlar üçün yaxşı məsləhət ola bilər.

    Məsləhətləşin: Nutrisioloqla məsləhətləşmək qida qrupları arasında düzgün balansı tapmağınıza kömək edə bilər. Qida rasionunu və müəyyən maddələrin miqdarını yavaş-yavaş dəyişdirməklə, sistemin tam dəyişməsindən yaranan şokun qarşısını almaq mümkündür.

    Ciddi yanaşın: Əgər siz köpmənin səbəblərini bilirsinizsə, atacağınız ilk addım onları gündəlik həyatınızdan çıxarmaqdır. Hətta onları sevirsinizsə belə. Bu o deməkdir ki, siz qidaya qarşı dözümsüzlük baxımından müayinə olunmalı, sizin üçün qeyri-sağlam olan qidalardan imtina etməli və ya əgər problemlərinizin səbəbi stresdirsə, iş və şəxsi həyat arasındakı balansı tənzimləməyə çalışmalısınız.

    Həyat tərzinizdən və ya iş qrafikinizdən asılı olaraq bunu demək etməkdən daha asandır. Ola bilsin ki, çox səyahət etmək məcburiyyətindəsiniz və sağlam qida heç də hər zaman sizin üçün əlçatan olmur. Ya da çox sevdiyiniz gərgin bir işiniz var. Həzm sisteminizlə uyğunlaşmayan müəyyən qida məhsulları qruplarını rasionunuzdan çıxarmalı ola bilərsiniz. Bütün səbəbləri aradan qaldırmaq heç də hər zaman mümkün olmaya bilər, lakin əsas problemə nəyin səbəb olduğunu bilmək, reseptsiz buraxılan bir sıra dərmanlar kimi, köpmənin təsirini azaltmağa kömək edəcəkdir.

    A woman and a man looking at each other while kneeling on the side of the road and tying their jogging shoes
    A woman and a man looking at each other while kneeling on the side of the road and tying their jogging shoes

     

    Qida ilə əlaqəli köpün qarşısını necə almaq olar?

    Yenə əvvəlki kimi: Yenicə nahar etmisiniz və yenə də mədənizdə həmin dolğunluğu hiss edirsiniz. Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə məsləhət və üsullar mövcuddur:

    Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan köp və meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan "Simetikon" mədə-bağırsaq traktında yığılmış qazların səthi gərilməsini dəyişərək qazları azad edir, onlar sonradan ya sorulur, ya da orqanizmdən çıxarılır.

    Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.

    Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.

     

    Espumisan® ilə köpdən tez azad ol!

    Köp və meteorizm normal hallardır. Nə yeməyinizdən asılı olmayaraq, müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən meteorism qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.

    Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan qarın köpü və ya meteorizm kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

    Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.

    Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

    Three girlfriends drinking coffee and having a good time, sharing information about flatulence and Espumisan.There is a packshot of Espusiman 40 mg Capsules in the front

    Espumisan® 40 mq Kapsullar

    Bol miqdarda və yağlı qidalardan sonra, qidaya qarşı həssaslıq, stres zamanı və aybaşı dövründə yaranan köpü tez və etibarlı şəkildə yüngülləşdirir.

    A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

    Espumisan® L 40 mq/ml Emulsiya

    Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028