Sorry, you need to enable JavaScript to visit this website.

Köp və pəhriz

A young woman suffering from bloating and rubbing her belly with a pained face
A young woman suffering from bloating and rubbing her belly with a pained face

 

Köp nədir?

Əgər köpdən əziyyət çəkirsinizsə, siz tək deyilsiniz. İnsanların əksəriyyətində nə vaxtsa köp və meteorizm baş verir. Bədənimiz qidanı enerjiyə çevirmək qabiliyyətinə malik olan möcüzəli bir sistemdir. Bu proses zamanı mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazlar ifraz olunduqda, qarın şişkin və köpmüş olur. Qazları çıxarmağın mümkün olmaması ciddi narahatlığa, qarında ağrıya səbəb olur və qarın daha böyük görünür. Mədə-bağırsaq traktında qazların yaranması, adətən, bakteriyalar tərəfindən fermentləşdirilən sorulmamış qidanın miqdarından, eləcə də bağırsaq florasının ümumi tərkibindən və paylanmasından asılıdır. İnsanın cinsindən asılı olmayaraq, köp və nəzarət edilməyən meteorizm qorxusu gündəlik həyatda stresin ciddi səbəbi ola bilər.

 

Meteorizm nədir?

Meteorizm – artıq miqdarda qazların anus vasitəsilə çıxarılmasıdır və bəzi insanlar üçün sosial cəhətdən əlilliyə çevrilə bilər. Qarında qazlar, adətən, yoğun bağırsaqda sorulmamış qidanı fermentləşdirən bakteriyalar tərəfindən istehsal olunur. Qazların miqdarı insanlar arasında çox fərqlidir və qidanın tərkibindən və bakteriyaların metabolik fəallığından asılıdır. İnsanlar qazları effektiv şəkildə xaric edə bilmədikdə, qazlar bağırsaqlarda uzun müddət ləngiyir, köp və ağrı kimi simptomlara səbəb olur.

Köpün və meteorizmin qarşısını almaq üçün onların yaranmasına səbəb olan qida məhsullarını və ya vərdişləri aşkara çıxarmaq lazımdır. Köpün səbəblərinin siyahısı uzundur, yanlış qidalanmadan stresə və hormonal balansın pozulmasına qədər bir çox səbəbləri əhatə edir.

A group of four young professionals looking sheepishly in different directions or on their cell phones
A group of four young professionals looking sheepishly in different directions or on their cell phones

 

Mən nə üçün bu qədər köpmüşəm?

Qazların əmələ gəlməsi və həmçinin xaric olunması normal haldır. Lakin xaric olunan qazın həcmi və tezliyi şəxslər arasında xeyli fərqli ola bilər. Həddindən artıq köp və meteorizm bir çox müxtəlif amillər səbəbindən yarana bilər.

Köpmənin və qaz əmələ gəlmənin mexanizmlərini anlamaq çətindir. Orta statistik insanın mədə-bağırsaq traktında istənilən vaxt 100-200 sm3 qaz vardır. Qazın həcmi, məsələn, havanın udulması və qazlı içkilərin qəbulu zamanı artır. Adətən, bu qazlar qan dövranına sorulur və biz nəfəs verməklə onları xaric edirik. Yaxud da, sadəcə olaraq anus vasitəsilə orqanizmdən çıxarırıq. Bu sistem pozulduqda, artıq miqdarda olan qazlar kiçik qabarcıqlar halında mədə-bağırsaq sistemində ləngiyə bilər, nəticədə özümüzü şişkin və köpmüş hiss edə bilərik.

    Young parents having a meal at the dining table, wearing their work clothes with their child sitting between them. They are laughing and having a good time together
    Young parents having a meal at the dining table, wearing their work clothes with their child sitting between them. They are laughing and having a good time together

    Qida allergiyaları və bəzi qida növlərinə qarşı dözümsüzlük müəyyən qidaların düzgün həzm edilməməsi səbəbindən köpməyə gətirib çıxara bilər.

    A person, standing in the kitchen, is decorating a cake with berries. On the work surface are several cupcakes
    A person, standing in the kitchen, is decorating a cake with berries. On the work surface are several cupcakes

    Həzm olunmamış qida qazların əmələ gəlməsinə səbəb olduğundan, qida rasionunuzda şəkərin, paxlalı bitkilərin və ya liflərin artıq miqdarda olması problem yarada bilər. Həmçinin yeni ölkələrə səyahətlər zamanı yeni qida məhsullarının qəbul edilməsi də bağırsaqlarda qıcıqlanmanın tez-tez rast gələn səbəblərindəndir.

    A young woman with blonde braided pigtail sits at her desk making notes on her post it
    A young woman with blonde braided pigtail sits at her desk making notes on her post it

    Stres öz-özlüyündə həzmin pozulmasına səbəb ola bilər. İşdə və ya ailədə gərgin vəziyyət də sizi həddindən artıq tez-tez yeməyə vadar edə bilər. Yemək zamanı havanın udulması köp və meteorizmin tez-tez rast gələn səbəblərindən biridir.

    A young mother presses her crying baby to her chest to soothe it from baby colic
    A young mother presses her crying baby to her chest to soothe it from baby colic

    Ana südü ilə qidalanma zamanı körpələrin həddindən artıq miqdarda hava udmaları geniş yayılmış bir haldır. Bu səbəbdən də, körpələr sancılara səbəb ola bilən köpdən əziyyət çəkirlər.

    A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand
    A young woman suffering from period bloating and sitting cramped on the floor holding her abdomen with her left hand

    Bir çox qadınlar aybaşı zamanı köpün olması barədə məlumat verirlər. Hormonal balansın pozulması həzm traktının hərəkətini yavaşlada və bununla da, köpməyə səbəb ola bilər.

    A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms
    A pregnant woman suffering from bloating, sitting on the sofa with her eyes closed. Her partner comforts her and holds her in his arms

    Aybaşı dövründə yaranan simptomlar kimi, hamiləlik dövründə də köp meydana çıxa bilər.

     

    Köp və meteorizm özünü necə büruzə verir?

    Bir çox insanlar bol miqdarda qida qəbul etdikdən sonra toxluq necə bir hiss olduğunu bilirlər. Mədə-bağırsaq traktında həddindən artıq miqdarda qazların və ya havanın olması köp adlanır. Qarın dolu, bərk, gərgin və şişkin görünür.

    Digər simptomlara aşağıdakılar aid ola bilər:

    Icon of a medicine bottle

    qarında ağrı

    Icon of passing gas

    qazların sərbəst və ya məcburi çıxarılması (flatulensiya)

    Icon of a person burping

    tez-tez gəyirmə

    Icon of a test tube with gas bubbling in it to illustrate abdominal rumbling or gurgles

    qarında qurultu

    Icon of a balloon to show the pressure that can form in the abdomen and cause cramps

    həddindən artıq qazlar səbəbindən təzyiq hissi və sancılar

     

    Köp nə dərəcədə ciddidir? Həkimə müraciət etmək lazımdırmı?

    Köp və meteorizm həkimə müraciətlər zamanı barəsində ən çox məlumat verilən mədə-bağırsaq simptomlarıdır. Köp pasiyentlərdə əhəmiyyətli narahatlığa səbəb ola bilməsinə baxmayaraq, ümumilikdə xoşxassəli bir vəziyyətdir. Bu o deməkdir ki, əgər köp yeməklə və ya müəyyən qida növləri ilə bağlı yaranmışdırsa, o şiddətlənmir və bir-iki gündən çox çəkmir. Anemiya və istənilməyən çəki azalması kimi həyəcanverici əlamətləri izləyin. Bu simptomlar sorulmanın pozulmasının əlamətləri ola bilər. Güclü ağrı, ürəkbulanma və qusma olduğu hallarda, hər zaman həkimə müraciət etmək tövsiyə olunur.

     

    Köp və meteorizmin qarşısını necə almaq olar?

    Əgər siz köpmənin səbəblərini bilirsinizsə, atacağınız ilk addım onları gündəlik həyatınızdan çıxarmaqdır. Bu o deməkdir ki, siz qidaya qarşı dözümsüzlük baxımından müayinə olunmalı, sizin üçün qeyri-sağlam olan qidalardan imtina etməli və ya əgər problemlərinizin səbəbi stresdirsə, iş və şəxsi həyat arasındakı balansı tənzimləməyə çalışmalısınız.

    Həyat tərzinizdən və ya iş qrafikinizdən asılı olaraq bunu demək etməkdən daha asandır. Ola bilsin ki, çox səyahət etmək məcburiyyətindəsiniz və sağlam qida heç də hər zaman sizin üçün əlçatan olmur. Ya da çox sevdiyiniz gərgin bir işiniz var. Bütün səbəbləri aradan qaldırmaq hər zaman mümkün olmaya bilər.

    A young woman with glasses and tied back hair in work clothes is still working on her laptop in the office late in the evening
    A young woman with glasses and tied back hair in work clothes is still working on her laptop in the office late in the evening

     

    Köp və meteorizm zamanı nələr kömək edir?

    Yenə əvvəlki kimi: Təzəliklə bol miqdarda nahar etmisiniz və yenə də mədənizdə həmin toxluğu hiss edirsiniz. Köpü və meteorizmi aradan qaldırmaq üçün bir neçə məsləhət və üsullar mövcuddur:

    Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.

    Evin yaxınlığında piyada gəzinti kimi fiziki aktivlik bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər.

    Espumisan köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisan kapsulu meteorizm kimi qazlarla bağlı simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir. Təsiredici maddə olan "Simetikon" mədə-bağırsaq traktında yığılmış qaz qabarcıqlarının səthi gərginliyini dəyişərək qazları azad edir, onlar sonradan sorula və ya orqanizmdən xaric ola bilər.

     

    Espumisan® ilə köpdən tez azad ol!

    Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında ləngiyərək özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.

    Espumisanın təsiredici maddəsi tez və etibarlı yüngülləşməni təmin edir. Espumisan preparatının təsiredici maddəsi olan Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan meteorizm və ya köp kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

    Espumisanın təsiredici maddəsi olan Simetikon mədə-bağırsaq traktında qida kütlələrinə daxil olmuş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Qabarcıqlar partladıqda qaz azad olur, nəticədə qazların bağırsaq divarından sorulması, eləcə də gəyirmə və qaz ifrazı zamanı orqanizmdən çıxarılması asanlaşır.

    Espumisan® 40 mq Kapsullar

    Qaz səbəbi ilə mədə-bağırsaq simptomlarının effektiv müalicəsi üçün tərkibində 40 mq Simetikon olan kapsullar.

    Packaging of Espumisan 40 mg Capsules
    Packaging of Espumisan 40 mg Capsules

    Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

    A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

    Espumisan® L 40 mq/ml Emulsiya

    Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028