Sorry, you need to enable JavaScript to visit this website.

Köp və dərmanlar

A woman hands over medicine to a man of retirement age who is is holding a glass of water
A woman hands over medicine to a man of retirement age who is is holding a glass of water

 

Dərmanlar köpə səbəb ola bilərmi?

Həkimə müraciətlər zamanı ən çox rast gələn mədə-bağırsaq simptomlarından biri qarın köpü ilə birlikdə meteorizmdir. Lakin bu problem çox zaman utandırıcıdı səbəbindən gizli saxlanılır və ya ona fikir verilmir, çünki pasiyentlər və həkimlər bunu real problem kimi qiymətləndirmirlər. Halbuki, əslində bir çox insan köp və meteorizm səbəbindən ağrı və sosial narahatlıqdan əziyyət çəkir.

Qarında köpün və meteorizmin səciyyəvi səbəbləri qeyri-sağlam qidalanma vərdişləri, stres, qidaya qarşı həssaslıq, eləcə də hormonal balansın pozulmasıdır. Bu cür hallarda, bəzi qida məhsullarından imtina etmək və ya bəzi vərdişlərinizi dəyişməklə daimi bir yüngülləşməni təmin edə bilərsiniz.

Bəzi hallarda, pasiyentlərin köpdən əziyyət çəkmələrinin səbəbi onların müəyyən dərmanları qəbul etməsidir, belə ki, qarında köp bu dərmanların əlavə təsirlərindən biridir.

Bəzi hallarda pasiyentlər qəbul etməli olduqları dərmanların əlavə təsiri olan köpdən əziyyət çəkirlər. Dərmanın əlavə təsiri barədə daha ətraflı məlumat əldə etmək üçün dərmanın istifadə təlimatını oxuyun və ya həkimlə məsləhətləşin.

 

Hansı dərmanlar və nə səbəbdən köpə səbəb olur?

Tədqiqatlar göstərir ki, iştirakçılar müəyyən qida məhsullarının və ya dərmanların qəbulundan sonra həzm problemlərinin yaranması barədə məlumat veriblər. Bu dərmanlara qəbizlik əleyhinə preparatlar (işlədicilər), şəkərli diabetin müalicəsi üçün istifadə edilən preparatlar (akarboza) və piylənmə əleyhinə dərman vasitələri (orlistat) aiddir.

Həzm problemlərinə səbəb olduqları məlum olan digər dərmanlar qeyri-steroid iltihab əleyhinə preparatlar (məsələn, ibuprofen), eləcə də antibiotiklərdir.

Kontraseptiv tabletlər hormonal balansı dəyişə bilər ki, bu da köpün əmələ gəlməsinə səbəb olur. Bir çox qadınlar kontraseptiv dərmanların qəbulundan sonra onlarda köpün olması barədə məlumat verirlər.

A person’s hand pouring the medicine out of the bottle on her right palm
A person’s hand pouring the medicine out of the bottle on her right palm

 

Həkimə nə zaman müraciət etmək lazımdır?

Köpün səbəblərini tapmaq çox vaxt apara, gündəlik həyatınızdan müəyyən məhsulları və vərdişləri çıxarmaqla cəhdlər və səhvlər yolu ilə uzun və cansıxıcı bir proses ola bilər. Əgər müəyyən bir dərmanın sizdə köpə səbəb olduğunu hesab edirsinizsə, həmin dərmanı sizə təyin edən həkimlə məsləhətləşməlisiniz. Həkim köpü müalicə edə və ya daha az əlavə təsiri olan digər bir dərmanı təyin edə bilər.

 

Dərman səbəbindən yaranmış qarın köpünü necə aradan qaldırmaq olar?

Müasir həyat tərzi ilə bağlı ehtimal olunan köp ilə bağlı bir çox problemləri azaltmaq üçün bir çox şeylər edə bilərsiniz. Vərdişlərinizə və gündəlik rejiminizə diqqət yetirmək səbəbləri aşkara çıxarmağa kömək edə bilər.

    Young parents having a meal at the dining table, wearing their work clothes with their child sitting between them. They are laughing and having a good time together
    Young parents having a meal at the dining table, wearing their work clothes with their child sitting between them. They are laughing and having a good time together

    Köpə səbəb olan qidaları və vəziyyətləri aşkara çıxararaq onlardan imtina etmək.

    Müəyyən növ qidalardan və ya yeməklərdən sonra sizdə köp yaranır? Bəlkə stres vaxtlarında müəyyən vəziyyətlərə reaksiya verirsiniz? Yoxsa aybaşı dövrü yaxınlaşdıqda köpmə hiss edirsiniz?

    A young woman with long, brown hair holds a tall glass with her hand and drinks a carbonated drink with a straw out of it
    A young woman with long, brown hair holds a tall glass with her hand and drinks a carbonated drink with a straw out of it

    Köpə səbəb olan qidalardan imtina edin

    Alkoqol, siqaret və qazlı içkilər köpə səbəb olur. Onları qida rasionunuzdan çıxarmaqla vəziyyətin yaxşılaşmasına doğru ilk addımı atmış ola bilərsiniz.

    Woman’s hand pouring the medicine out of the bottle on her left palm
    Woman’s hand pouring the medicine out of the bottle on her left palm

    Reseptsiz buraxılan dərmanlar
    Apteklərdə satışda olan dərmanlarla köpü tez bir zamanda aradan qaldırmaq mümkündür. Espumisan kimi preparatlarda qazların düzgün nəql edilməsinə kömək edən xüsusi maddələrdən istifadə edilir.

    A woman and a man looking at each other while kneeling on the side of the road and tying their jogging shoes
    A woman and a man looking at each other while kneeling on the side of the road and tying their jogging shoes

    Fiziki aktivliyi
    Tədqiqatlar göstərmişdir ki, yüngül Fiziki aktivliyi bağırsaq qazlarının xaric edilməsini yaxşılaşdıra bilər. Evin yaxınlığında piyada gəzinti bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər. Sübut edilmişdir ki, müntəzəm fiziki hərəkətlər də aybaşı zamanı yaranan köpü və ağrıları yüngülləşdirməyə kömək edir. Bundan əlavə, qaməti düz saxlamamaq və arxası üstə uzanmaq da bədəndə qazların müntəzəm daşınmasını poza bilər.

    A torso with hands that are giving the abdomen a gentle massage
    A torso with hands that are giving the abdomen a gentle massage

    Qarnı yoğun bağırsaq istiqamətində yüngülcə masaj etmək bağırsaqda yığılıb qalmış qazları çıxarmağa kömək edə bilər.

    Woman’s hands pressing the birth control pill out of the package
    Woman’s hands pressing the birth control pill out of the package

    Tədqiqatlar göstərmişdir ki, kontraseptiv dərmanlar qarında köpə səbəb ola bilərlər. Lakin bəzi qadınlar bunun əksi barədə məlumat vermişlər. Tabletin təsiri qadınlar arasında fərqli ola bilər.

     

    Espumisan® ilə köpdən tez azad ol!

    Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər. Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında toplanaraq, özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.

    Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisan preparatının kapsulu qazların yaranması ilə əlaqədar olan meteorizm və ya qarında şişkinlik və köp kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

    Espumisanın təsiredici maddəsi olan Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Nəticədə Qabarcıqlar partlayır və qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.

    Espumisan® 40 mq Kapsullar

    Qaz səbəbi ilə mədə-bağırsaq simptomlarının effektiv müalicəsi üçün tərkibində 40 mq Simetikon olan kapsullar

    Packaging of Espumisan 40 mg Capsules
    Packaging of Espumisan 40 mg Capsules

    Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

    A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

    Espumisan® 40 mg/ml Emulsiya

    Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028