Sorry, you need to enable JavaScript to visit this website.

Köp və cərrahiyyə

A child dressed up as a nurse and examining her teddy bear
A child dressed up as a nurse and examining her teddy bear

 

Cərrahi əməliyyatdan sonra köp normal haldırmı?

Bir çox insan həyatının müəyyən məqamında cərrahiyyə əməliyyatı keçirir və xəstəxanaya yerləşdirilir. Bədbəxt hadisədən və ya xəstəlikdən sonra, müəyyən müddət xəstəxanada qalmaq lazım gəlir.

Zədələnmiş nahiyənin növündən asılı olaraq, cərrahi prosedurlar bədən üçün çox stresli proses ola bilər. Bir çox insanlarda cərrahi əməliyyatdan sonra qəbul edilən dərmanlar, qida rasionunun dəyişməsi və fiziki fəallığın olmaması səbəbindən həzm problemləri baş verir.

Xəstəxanada müalicə olunan pasiyentlər, daha çox qarında narahatlıq hissi, qəbizlik, köp və meteorizm kimi problemlər barədə məlumat verirlər. Bu məsələyə etinasız yanaşılmamalıdır, belə ki, bağırsaqlarda qidanın hərəkətinin pozulması orqanizmə ciddi zərər vura bilər.

 

Əməliyyatdan sonrakı bağırsaq keçməzliyi (ƏSBK) nədir və təhlükəlidirmi?

Adətən, bağırsaqlarımızdakı qida qarın nahiyəsindəki əzələlərin yığılıb boşalaraq yaratdıqları dalğavari hərəkət sayəsində bağırsaqlarımızda hərəkət səyəsində edir. Bağırsaqların "peristaltika" adlandırılan hərəkət dayandıqda, həkimlər əməliyyatdan sonrakı bağırsaq keçməzliyinin baş verdiyini söyləyirlər.

Bağırsaq keçməzliyi çox zaman qarın və ya çanaq orqanları üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verir. Bu vəziyyət əməliyyatdan sonra normal fəaliyyətinə qayıtmayan peristaltika, təyin edilmiş dərmanlar və hətta cərrahi əməliyyatdan sonrakı çapıqlar nəticəsində yaranan blokada səbəbindən baş verə bilər.

Cərrahi əməliyyatdan sonra köp hissi həm də bir çox digər səbəblərdən yarana bilər. Tədqiqatlar göstərir ki, iştirakçılar müəyyən qida məhsullarının və ya dərmanların qəbulundan sonra həzm problemlərinin yaranması barədə məlumat veriblər. Bu dərmanlara qəbizlik əleyhinə preparatlar (işlədicilər), şəkərli diabetin müalicəsi üçün istifadə edilən preparatlar (akarboza) və piylənmədən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulmuş dərman vasitələri (orlistat) aiddir.

Həzm problemlərinə səbəb olduqları məlum olan digər dərmanlar qeyri-steroid iltihab əleyhinə preparatlar (məsələn, ibuprofen və ya diklofenak), eləcə də antibiotiklərdir.

Kontraseptiv tabletlər hormonal balansı dəyişə bilər ki, bu da köpün əmələ gəlməsinə səbəb olur. Bir çox qadınlar kontraseptiv dərmanların qəbuluna başladıqdan və ya onların qəbulunu başa çatdırdıqdan sonra qarında köpün olması barədə məlumat verirlər.

 

Cərrahi əməliyyatdan sonra qarında şişkinliyi necə azaltmaq olar?

Bir çox problemlər, ehtimal ki, qida rasionu və müasir həyat tərzi ilə bağlı olduğundan, köp ilə bağlı problemləri azaltmaq üçün bir çox şeylər edə bilərsiniz. Vərdişlərinizə və gündəlik rejiminizə diqqət yetirmək səbəbləri aşkara çıxarmağa kömək edə bilər.

    Young parents having a meal at the dining table, wearing their work clothes with their child sitting between them. They are laughing and having a good time together
    Young parents having a meal at the dining table, wearing their work clothes with their child sitting between them. They are laughing and having a good time together

    Köpə səbəb olan qidaları və vəziyyətləri aşkara çıxararaq onlardan imtina etmək.

    Müəyyən növ qidalardan və ya yeməklərdən sonra sizdə köp yaranır? Bəlkə stres vaxtlarında müəyyən vəziyyətlərə reaksiya verirsiniz? Yoxsa aybaşı dövrü yaxınlaşdıqda köpmə hiss edirsiniz?

    A young woman with long, brown hair holds a tall glass with her hand and drinks a carbonated drink with a straw out of it
    A young woman with long, brown hair holds a tall glass with her hand and drinks a carbonated drink with a straw out of it

    Köpməyə səbəb olan qidalardan imtina edin
    Alkoqol, siqaret və qazlı içkilər köpməyə səbəb olur. Onları qida rasionunuzdan çıxarmaqla vəziyyətin yaxşılaşmasına doğru ilk addımı atmış ola bilərsiniz.

    Doctor’s hands in front of a desk with documents and medicine
    Doctor’s hands in front of a desk with documents and medicine

    Təyin edilmiş dərmanın dəyişdirilməsi
    Bağırsaq keçməzliyi bəzi hallarda bağırsaqların hərəkətini stimullaşdıran dərmanlarla müalicə edilə bilər. Digər bir variant bağırsaq keçməzliyinə səbəb olmuş dərmanın istifadəsinin dayandırılmasıdır. Hansı variantın seçilməsinə yalnız həkim tərəfindən qərar verilə bilər.

    Woman’s hand pouring the medicine out of the bottle on her left palm
    Woman’s hand pouring the medicine out of the bottle on her left palm

    Reseptsiz buraxılan dərmanlar
    Apteklərdə satışda olan dərmanlarla köpü tez bir zamanda aradan qaldırmaq mümkündür. Espumisan kimi preparatlarda qazların düzgün nəql edilməsinə kömək edən xüsusi maddələrdən istifadə edilir.

    A woman and a man looking at each other while kneeling on the side of the road and tying their jogging shoes
    A woman and a man looking at each other while kneeling on the side of the road and tying their jogging shoes

    Mümkün olduğu halda Fiziki aktivliyi
    Tədqiqatlar göstərmişdir ki, yüngül Fiziki aktivliyi bağırsaq qazlarının xaric edilməsini yaxşılaşdıra bilər. Evin yaxınlığında piyada gəzinti bağırsaqları hərəkət etməyə vadar edə və artıq qazların çıxarılmasına kömək edə bilər. Cərrahi əməliyyatdan sonra bu, mümkün olmaya bilər.

     

    Həkimə nə zaman müraciət etmək lazımdır?

    Əgər pasiyent xəstəxanada olduğu müddətdə bağırsaq keçməzliyinin simptomları meydana çıxarsa, həkim tibbi yardımın tələb olunub-olunmadığını müəyyən edə bilər. Bağırsaq keçməzliyinin simptomlarına aşağıdakılar aid ola bilər:

    Icon of a medicine bottle

    Qarında ağrı və sancılar

    Icon of a balloon to show the pressure that can form in the abdomen and cause cramps

    Qarında köp və şişkinlik

    Icon of a person with nausea and vomiting

    Ürəkbulanma və qusma

    Icon of stool

    Qəbizlik və ya az miqdarda duru nəcis ifrazı

    Icon of a hand refusing a bowl of food to illustrate loss of appetite

    Dolğunluq hissi və iştahanın itməsi

    Icon of passing gas

    Qazları çıxarmağın mümkün olmaması

    Bağırsaq keçməzliyini müalicə etmək üçün onun keçib getməsini gözləmək və ya pasiyentin qida rasionunu və istifadə etdiyi dərmanı dəyişmək olar. Bağırsaq keçməzliyinin ağırlıq dərəcəsindən və onun əsas səbəbindən asılı olaraq, simptomlar keçib getmədiyi halda cərrahi əməliyyat tələb oluna bilər.

     

    Espumisan® ilə köpdən tez azad ol!

    Köp və meteorizm normal hallardır. Lakin müasir həyat tərzimiz çox tələbkar ola bilər. Gərgin iş, həmçinin xobbi, ailə və ictimai fəaliyyəti uyğunlaşdırmaq cəhdləri, habelə həddindən artıq yağlı və qeyri-sağlam qida növləri stresə səbəb ola bilər Həzm sistemimiz bunun öhdəsindən gələ bilmir, nəticədə həddindən artıq miqdarda qazlar əmələ gəlir, onlar qarında toplanaraq, özümüzü şişkin və köpmüş hiss etməyimizə səbəb ola bilər. Qarında narahatlıq hissi və nəzarət edilməyən flatulensiya qorxusu öz-özlüyündə bir çox insanlar üçün stres mənbəyidir.

    Espumisanın təsiredici maddəsi olan Simetikon tez və etibarlı yüngülləşməni təmin edir. Simetikon köp və meteorizmə qarşı sınanmış və effektiv vasitədir. Espumisanın təsiredici maddəsinin bir dozası qazların yaranması ilə əlaqədar olan meteorizm və ya qarında köp kimi simptomların geniş spektrini tez bir zamanda yüngülləşdirir.

    Simetikon, əsasən, mədə-bağırsaq traktına düşmüş qaz qovuqcuqlarının elastikliyini dəyişir. Nəticədə Qabarcıqlar partlayır və qaz azad olur, bu da gəyirmə və qaz ifrazı zamanı qazların çıxarılmasını asanlaşdırır.

    Espumisan® 40 mq Kapsullar

    Qaz səbəbi ilə mədə-bağırsaq simptomlarının effektiv müalicəsi üçün tərkibində 40 mq Simetikon olan kapsullar

    Packaging of Espumisan 40 mg Capsules
    Packaging of Espumisan 40 mg Capsules

    Espumisan® – ehtiyaclarınız üçün müxtəlif dərman formaları

    A happy father hugging his laughing daughter after taking Espumisan Emulsion 40

    Espumisan® L 40 mq/ml Emulsiya

    Udulması asan olan, tərkibində 40 mq Simetikon olan emulsiya.

    Espumisan® video carxı

    Aptekdən reseptsiz buraxılan dərman vasitəsi.
    Geniş istifadəçi kütləsi üçün nəzərdə tutulur.
    İçlik vərəqəni oxuyun və ya həkiminizlə məsləhətləşın
    Materialın kodu: AZ-ESP-01-2023-V1-web page
    Material təstiqlənib: 12.2023 Etibarlıdır: 12.2024.
    İçlik vərəgənin təsdiqlənmə tarixi: 05.04.2023 Espumisan L və 12.09.2023 Espumisan kapsullar
    Qeydiyyat vəsiqələri DV № 19-01108 etibarlıdır 11.12.2024  və DV №23-00848 etibarlıdır 21.08.2028